Psixoloji məlumatlar

Psixodrama

2.28Kviews

Psixodrama anlayışı ilk dəfə elmə Jacob Levy Moreno tərəfindən XX əsrin əvvəllərində gətirilmişdir. Elmə gətirildiyi dövrdən başlayaraq ilkin versiyalarında teatrı psixoterapiyada istifadə edən bir metod kimi bilinirdi. Şəxsi qrup içində terapiya etməyi hədəfləyən psixoterapiya metodu kimi də bilinirdi.

Psixodrama – Yunan sözü olub, hərfi tərcüməsi “ruh” və “tragediya” deməkdir. Bu insan ruhunun yaşam müddətində keçirdiyi psixoloji gərginlik və fantaziyasında yaratdığı obrazları teatral şəkildə psixoterapiya zamanı öz üzərində əks etdirməsidir. Bu zaman pasiyentin gündəlik həyatda əhatəsində olan insanlarla yanaşı keçmişində olan və həyatında iz qoymuş insanları da müşahidə etmək olar. Bütün bunları müşahidə etmək üçün pasiyentə teatral rol oynadılır və digər rolda olan insanlar ona gündəlik həyatında və keçmişində travma vermiş insanların rolunu oynayır. Bu zaman rol seçimi təsadüfi yox, müəyyən keyfiyyətlər və əlamətlər nəzərə alınaraq aparılır. Psixodramada spontan şəkildə rol oynayan pasiyent içində olduğu vəziyyəti tam anlayana qədər bu səhnəciklər davam etdirilir.

 

        Psixodramanın 5 əsas komponenti var:

psychodramaSəhnə – Psixoterapiyanın aparıldığı yer

Baş rol oyunçusu – Pasieyntin özü

Rejissor – Səhnəciyi təşkil edən psixoloq

Köməkçi Eqolar – Baş rolun həyatında olan digər insanlar

Qrup – Pasieynti əhatə edən və qrup terapiyasına daxil olan insanlar

Protagonist – oyunu oynanılan, üzərində terapiya aparılan şəxsdir.

 

        Psixodramada 3 əsas texnikadan istifadə olunur:

1 – Rol dəyişdirmə: Protogonist, əla alınan mövzuyla bağlı rollara tək-tək girərək o rolun yerini alır.

2 – Güzgü: Protogonistin səhnədə ələ alınan mövzunu kənardan izləməsi.

3 – Əvəzləmə: Protogonistin duyğu və düşüncələrinin lider və ya qrupun digər üzvləri tərəfindən ifadə olunması.

Psixodramada istifadə olunan terminlərdən biri də antogonistdir ki, bu Protogonistdən sonra olan önəmli şəxslərdən biridir. Antogonist – şəxsə gərginlik verən və ya travma yaşadan insandır.

Hər hansısa bir insanın şəxsi həyatını, keçmişini, şüur altında yatan travmalarını və emosional gərginliklərini ortaya çıxarıb, onu terapiya etmək üçün Psixodramada müəyyən “auto training”-lərdən istifadə olunur. Bu “auto training”-lər xüsusi olaraq hazırlanmışdır və sırf Psixodramada istifadə olunur.