Dolça (21 Yanvar – 18 Fevral)
ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz: Uran (Dəyişiklik, qəflətən bağlanış və yaxşı nəticələrin nümayəndəsi)
Qrupunuz: Hava, müsbət
Bürcünün cinsiyyəti: Kişi
Bürcünün növü: Sabit
İstedadınız: Ağıl
Əməliniz: İrəliləyişi təmin edəcək imkanlar yaratmaq
Məqsədiniz: Yüksəlmək, başqalarına kömək etmək.
Mənfi cəhətiniz: Laqeydlik və pula dəyər verməmək.
Uğurlu gününüz: Bazar
Uğurlu daşınız: Ametist və yeşim
Uğurlu rənginiz: Tünd mavi, göy, qarışıq rəng və tonlar
Uğurlu çiçəkləriniz: Bənövşə, qartopu, çöl çiçəkləri və itburnu
Uğurlu qoxular: Sünbül, jasmin, bənövşə
Uğurlu musiqiniz: Müasir əsərlər
Ehtimal olunan xəstəliyiniz: Ürək və qan dövranı xəstəlikləri, ayaq xəstəlikləri, varis, yüksək təzyiq
Evlilik üçün uyğun olan bürc: Əkizlər, oxatan
Müvəffəqiyyətli olacağınız peşələr: Həkimlik, elm, dramaturgiya, nəşriyyat, mətbəəçilik, mühasibat, tərcüməçilik, din xadimi, astronomiya, astrologiya, dənizçilik, tacirlik, idxalatçılıq, incəsənətin hər bir növü, idarəçilik, təşkilatçılıq.
SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
İnnovativ, müstəqilliyinə düşkün, yaradıcı, irəliyə doğru bir şəxsdir. Dərhal hər mövzuda nəzəri bir məlumata malikdir. Estetik və bədii bir qarışıqlıq içində ola bilər. İstəkləri və arzuları daim güclüdür. Hətta tutduğunu qoparan bir insan havası yaradır. Ancaq arzunun dar uzun yolu əksəriyyətlə ziyan və depressiyalarla son tapa bilər. Davranışları dəyişkən, zaman içində əsassız ola bilir. Yaxşıca fikirləşdikdən sonra hərəkətə keçər. İnandığı şeyə varını yoxunu qoyar. Başkalarının fikirlərinə əhəmiyyət verməməklə bərabər dinləyə də bilir. Sadəcə fikirlərini təşkil etmək, qazandığı mövqeyin işə yarayıb yaramadığını qiymətləndirmək üçün susur.
DOLÇA KİŞİSİ
Dolça bürcü kişisi çox istiqamətli, ağıllı, diqqəti çəkən, fövqəladə tiplərdir. Çox cazibəli bir kişi olduğu üçün arxasında çox qadın var. Onu əldə etmək üçün zövqlərinə xitab etmək lazımdır. O gənc yaşda aşiq ola və çox düşünmədən evlənə bilər. Amma fikirləri də gündən günə dəyişəcəkdir. Bir müddət sonra bəyənməyə bilər. Əgər sizdə onunla birlikdə dəyişib, təkmilləşir və daha mükəmməl olsanız, bu bağlılıq davam edir. Təkcə Dolça bürcü kişisi ilk məhəbbəti keçdikdən sonra asan sevməz.
DOLÇA QADINI
Dolça bürcü qadını ağıla, zəkaya və məlumata çox əhəmiyyət verir. Bu səbəblə də özü kimi insanlarla dostluq qurur. Çox dostu var. Danışmaq ən xoşladığı şey olanlardandır və bu sayədə də ətrafındakıları təsir etdiyini bilir. Bu bürcün qadını üstün ağlı sayəsində bir çox şeyi görür və bilir. Ömrü boyu yaxşı tələbədir. Hər gün yeni bir şey öyrənmək istəyir. Əgər işini sevirsə evlənməsi çətin olacaqdır. Çünki o həyatda istədiyi şeyi tapmışdır.
Əlaqədar mövzu: Dolça bürcündə doğulan tarixi şəxsiyyətlər
YÜKSƏLƏN BÜRCÜNÜZ DOLÇA
Əgər Astrologiji xəritənizdə Dolça Bürcü yüksəlirsə o zaman müstəqil yaşamağı sevən və heç bir hadisə və insanın təsiri altında qalmayan, hər cür şərt qoymalardan uzaq bir quruluşa sahibsiniz deməkdir. Həyata açıq və aydın nəzərlərlə baxıb, ictimai bir sıra köhnəlmiş, dəbdən keçmiş adət və ənənələrin sanki qarşısında olan bir şəxssiniz. Aktiv olaraq çalışan beyniniz həmişə yüksək ölçüdən qiymətləndirmələr aparıb qapalı dairələrə qarşıdır. Dolça hava qrupuna aid olduğu üçündür ki, hava kimi bir quruluş nümayiş etdirirsiniz. Bir həqiqətdən digərinə sıçrayıb arada əlaqələr qurmaq istəyirsiniz. Sosial nizam məsələsində sanki cəmiyyəti yeniləyici fikirləriniz var. Sistemə tabe olmaq deyil sistemi öz fikirlərinizlə dəyişdirmək istəyərsiniz.
Digər bürclər:
[vc_row]
Xərçəng bürcü[/vc_column]
Əqrəb bürcü[/vc_column]
Balıqlar bürcü[/vc_column][/vc_row]