Astrologiya

Əqrəb bürcü qadını və kişisi

61.5Kviews

Əqrəb bürcü 24 Oktyabr – 22 Noyabr

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz: Mars və Pluton (Cazibədarlıq, cazibənin nümayəndəsi)
Qrupunuz: Su, Mənfi
Bürcünün cinsiyyəti: Dişi
İstedadınız: Söhbətcillik
Keyfiyyətiniz: Qətiyyət və Araşdırma.
Əməliniz: Zənginlik
Məqsədiniz: Həyat boyu sərvət
Mənfi cəhətiniz: Acımamaq, etinasızlıq etmək
Uğurlu gününüz: Çərşənbə axşamı
Uğurlu rənginiz: Qırmızımtıl, qara
Uğurlu çiçəkləriniz: Qırmızı qərənfil, hanimeli, atəş çiçəyi
Uğurlu qoxular: Müşk, maqnoliya
Uğurlu musiqiniz: Marşlar və canlı parçalar
Ehtimal olunan xəstəliyiniz: Boğaz, boyun, sidik kisəsi, böyrək və çoxalma orqanları xəstəlikləri, təzyiq
Evlilik üçün uyğun olan bürc: Xərçəng və Balıq
Müvəffəqiyyətli olacağınız Peşələr: Rəhbər, orqanizator, sənaye lideri, komandir, satış meneceri, direktor, operator, dişçi, texniki mühəndis, jurnalist, kimyaçı, musiqiçi, musiqi alətləri prodüseri, təmirçi, dramaturgiya, dənizçi, havacı, sosyal xidmətlər mütəxəssisi
Müsbət istiqamətləri: Güclü duyğular, qayə sahibi olmaq, vəziyyətləri əvvəlcədən sezmə qabiliyyəti, qətiyyət.
Mənfi cəhətləri: Qısqanclıq, barışmazlıq, xətrinə dəymək, hiyləgərlik, güvənməmək, skeptisizm.

Əqrəb bürcü iki tipdir. Biri yerlərdə sürünən Əqrəb, digəri göylərdə uçan Qartal. Bir Əqrəb ilə birlikdəysənizsə “hansı” Əqrəb ilə birlikdə olduğunuzu da öyrənməlisiniz. Ya onunla birlikdə göylərdəki xoşbəxtliklərə uçacaqsınız, ya da yerlərdə sürünəcəksiniz.

Əqrəblərə tövsiyə: Bir Buğa ilə tanış olarkən diqqətli olun. Bürcünün tam əksi olan Buğa bürcü əslində Əqrəbin tam bir tamamlayıcısıdır. Əqrəb, bu yeni insana iki tərəfli və əzici bir maraq göstərir. Buna iki mərhələli bir əlaqə də demək olar. Xüsusilə başlanğıcda Əqrəb, Buğa bürcünün təlaşsız sükunətinin öhdəsindən gəlmək və onu bir qədər sarsıdmaq üçün, qeyri-adi və isti bir münasibət göstərmək istəyə bilər. Ancaq çox vaxt bunu bacara bilmir və istəmədən saldırqanlaşır. Digər tərəfdən, Buğa isə bu ilk qarşılaşmada vəziyyəti qavrayıb hisslərinə hakim olarsa, qısa müddətdə Əqrəbi ovcunun içinə alır və onun bütün mənliyini idarə edir.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Kənardan qatı görünmələrinə baxmayaraq, əslində hədsiz dərəcədə dərindirlər. Dediyiniz ən kiçik bir şey onda çox böyük yaralar aça bilər. Belə bir hadisəylə qarşılaşanda saldırqanlaşırlar. Ehtiraslı, emosional və mühafizəkardır. Məlumatı həyata keçirməyə, tətbiq etməyi də fikrə çevirmə qabiliyyətinə sahipdirlər. Özündən çox əmindir. Girdiyi hər mübahisədə əzici bir üstünlüyü vardır . Titiz quruluşu ilə diqqət çəkir. Hər saxta çəhrayı mənzərəni pozmağa, özünü tanımağa qəti şəkildə qətiyyətli və kəskin ağıllıdır. Bunlar Əqrəbin mənbələridir. İnstinktiv olaraq şübhəlidir.

ƏQRƏB KİŞİ

Bu bürcün kişisi çox baxımdan maraqlıdır. Su qrupu olduğu üçün çox dərin hissləri var. Digər tərəfdən də analitik bir beyinə malikdir. Əqrəb bürcü kişisi, qadınlar tərəfindən çox bəyənilən bir tipdir. O analitik başı sayəsində qarşısındakı insanı tez öyrənir və anlayır. Özünə görə bir qərara gəlir və bu qərar əsasən doğrudur. Ağlına qoyduğu şeyi mütləq edər. Ən pis tərəfləri onunla illərinizi keçirib dostcasına ayrılsanız, onun üçün hər zaman özəl bir insan olacağınızı düşünməyin. Çünki əlaqə bitincə arxasına dönüb baxmaz.

ƏQRƏB QADINI

Əqrəb bürcü qadını, daim diqqətli, ehtiyyatlı və qürur məsələsində son dərəcə həssasdır. O, dostları və sevdikləri üçün bir çox şeyə dözə bilər. Lakin özünün üstün olduğunu hiss edir. Təvazökar kimi görünsə də özündən razılığını da hiss edə bilərsiniz. Beyninin içində davamlı həyata dair planlar qurur. Əqrəb bürcü qadınının həyat mövqeyi başqalarından fərqlidir. O, ya hər şey, ya heç nə deyə düşünür. Bir şeyin bir qədərini əldə etməyin dəyəri yoxdur. Ya istədiyinə hamı ilə qovuşar, ya da uzaqlaşır. Bu iş, dostluq və sevgidə özünü göstərir. Əqrəb qadını qarşısındakı (xüsusilə xərçəng kişilərini) əldə etmək üçün hər yolu yoxlayar.

YÜKSƏLƏN BÜRCÜNÜZ ƏQRƏB

Əgər astroloji xəritənizdə Əqrəb Bürcü yüksəlirsə o zaman lazımlı gördüyünüz işlərdə dərhal heç vaxt itirməyən bir insansınız deməkdir. Ən əhəmiyyətli xüsusiyyətlərdən biri də problemləri ana xətləri ilə istifadə edib əsasa yönəlmək və məsələlərin can alıcı nöqtəsi ilə məşğul olmaqdır. Sevmədiyiniz bir vəziyyət isə başqalarının sizin şəxsi işlərinizə burunlarını soxmalarıdır. Ayrıca az və möhkəm dostluqları vardır. Xoşlanmadığı insanlarla eyni mühitdə olmamağa səy göstərərlər.

Digər bürclər:

[vc_row]

[vc_column width=”1/3″]qoch

Qoç bürcü

buga

Buğa bürcü

ekizler

Əkizlər bürcü

xerceng

Xərçəng bürcü[/vc_column]

[vc_column width=”1/3″]
shir

Şir bürcü

qizlar

Qız bürcü

terezi

Tərəzi bürcü

eqreb

Əqrəb bürcü[/vc_column]

[vc_column width=”1/3″]
oxatan

Oxatan bürcü

oglaq

Oğlaq bürcü

dolca

Dolça bürcü

baliqlarBalıqlar bürcü[/vc_column][/vc_row]