Diş məcunun sizi təəccübləndirəcək istifadə metodlarını bilirdinizmi?
Sadəcə diş fırçalamaqda istifadə etdiyimiz məcun əslində bir çox işlərdə bizim ən yaxşı köməkçimiz ola bilər.
• Tüstüdən, siqaretdən saralmış dırnaqları diş məcunu ilə fırçalasanız, ləkələr yox olacaq.
• Çuğun tavalardakı ləkələri də diş məcunu vasitəsilə təmizləmək mümkündür.
• Adi yanıqların üzərinə diş məcunu çəkmək, yaraya su toplanmasının qarşısını alacaq. Amma açıq və dərin yaralara əsla tətbiq etmək olmaz.
• İdman ayaqqabılardakı bəzi ləkələrin çıxarılmasında diş məcunu ən yaxşı vasitələrdəndir.
• Sızanaqın üzərinə axşam yatmamışdan əvvəl kiçik bir hissə diş məcunu çəksəniz, səhərə kimi qızarıqlıq və şişkinlik qalmayacaq.
• Dəniz eynəkləriniz daima buxarlanırsa, onda eynəyi diş məcunu ilə silib, daha sonra su ilə durulayın.
• Xalçalardakı ləkəni təmizləmək üçün diş məcunundan istifadə edin. Diş məcununu ləkənin üzərinə töküb sürtün. Daha sonra yaş dəsmalla təmizləyin. Xalçanın rənginin çıxmamasından əmin olmaq üçün əvvəlcə kiçik bir hissədə yoxlayın.
• Ayaqqabının parıldaması üçün diş məcununu pambıq parça vasitəsilə ayaqqabıya tətbiq edin. Daha sonra qalıqları təmiz bir bezlə təmizləyərək, krem çəkib daha parlaq ayaqqabılara sahib ola bilərsiniz.
• Uşaqların divara çəkdikləri boyanı silmək üçün diş məcunu ən yaxşı vasitədir.
• Aynaların buxarlanmaması üçün bir az suda bir qədər diş məcununu həll edərək, pambıq bezlə aynanı silin.
• Yumşaq mebel üzərində meydana gələn ləkələri çıxarmaq üçün diş məcunundan yararlanın.
• Divara hər hansısa bir şəkil yapışdırmaq üçün diş məcunundan istifadə edə bilərsiniz. Yapışdırıcıdan fərqli olaraq, şəkil çıxarıldıqdan sonra nəm bezlə silərək, ləkəni təmizləmək asandır.
• Qızıl, gümüş, almas kimi zinət əşyalarını parıldatmaq üçün diş məcunu çəkib, pambıq bezlə ovun. Daha sonra ilıq su ilə durulayın.
• Əllərinizdəki balıq qoxusunu təmizləmək üçün bir kiçik hissə diş məcununu əlinizə sürtün. Daha sonra su ilə durulayın.
• Fincandakı çay və qəhvə ləkəsi üçün diş məcunu yetərlidir. Süngərin üzərinə diş məcunu töküb fincanı sürtün. Ləkələr təmizlənəcək.
• Su ləkələrini çıxarmaqda da diş məcunu yaxşı vasitədir.
• Divardakı mismarı çıxardıqdan sonra diş məcunu ilə yaranan boşluğu doldurun. Üzərindən isə boya tətbiq edin.
• Əmzik və süd şüşəsindəki süd qalıqlarının yaratdığı pis qoxudan yaxa qurtarmaq üçün diş məcunundan yararlanın. Şüşəyə bir qədər məcun töküb su əlavə edərək, 5 dəqiqə çalxalayın. Əmziyi isə məcun sürtərək, fırçalayın. Nəticə mükəmməl olacaq.
• Ən əsası hər gün təxirə salmadan, gün ərzində 3 dəfə dişlərinizi diş məcunu ilə fırçalayaraq, daha bəyaz, çürüksüz və sağlam dişlərə sahib ola bilərsiniz.