Oyun

Dead or Alive oyununda cinsi təcavüz günahlandırması

1.02Kviews

Tem Ninja tərəfindən inkişaf etdirilən Dead or Alive Xtreme 3 üçün VR xüsusiyyəti gəlir amma kəskin reaksiyalar böyüməyə başlayıb. Belə ki, oyunda oyun qəhrəmanlarına təcavüz edə bilmə xüsusiyyəti müzakirə edilir.

Dead or Alive adını yəqin ki, çox eşitməmisiniz, lakin özünə xas bir kütləyə sahib olan bu döyüş oyunu Team Ninja tərəfindən inkişaf etdirilməkdədir.

Xüsusilə qadın xarakterlərin cinsəlliyini daha çox ortaya çıxartdığı, hətta onları bir əşya olaraq təqdim etdiyi istiqamətində tənqid edilən Dead or Alive Xtreme 3 üçün gələn yeni xəbərlər xeyli maraqlıdır, amma gözlənilməz də deyil.

https://www.youtube.com/watch?time_continue=22&v=xXwQHIsH4Ew
PlayStation VR üçün narahat edici yoxlama
Onsuz da artıq çıxmış bir oyun olan Dead or Alive Xtreme 3-ün bu yeni xəbəri PlayStation 4 sahiblərini maraqlandırır. 13 Oktyabrda PlayStation VR’ın çıxmasıyla birlikdə Xtreme 3-ə yeni bir yeniləmə gələcək və oyun VR xüsusiyyəti qazanacaq.

Tam bu nöqtə çox təhlükəlidir. Dead or Alive Xtreme 3, qadın xarakterlərə qoyduğu həqiqi sinə kimi göstəricilərlə öyünən bir oyundur. Bu yeniləmənin gəlməsi vəziyyətində sevinən kütlənin yanında bir xeyli də tənqid edənin olacağı gözlənilir.

Videodan göründüyü üzrə oyunun bir də qaranlıq tərəfi var. Hər şey poliqonlardan və qrafiki hesablamalardan meydana gələ bilər amma işin özündə VR xüsusiyyətiylə birlikdə oyun xarakterlərinə cinsi təcavüzü görə bilirsiniz. Belə vəziyyətdə məşhur bir oyun firmasının cinsi təcavüzü sərbəst bir xüsusiyyət olaraq əlavə etməsi həqiqətən kədərlidir. Hətta bu hadisə indidən interneti tamamilə ikiyə bölmüş vəziyyətdədir.