Kosmos

NASA: Marsda ABŞ-ın ən böyük gölü böyüklüyündə buz kütləsi tapıldı

734views

Amerikan Hava və Kosmos Dairəsi (NASA), Marsda ABŞ-ın ən böyük gölü Superior böyüklüyündə buz kütləsi olduğunu açıqlayıb.

Austin şəhərindəki Texas Universitetindən elm adamlarının başçılığındakı bir qrup, NASA-nın Mars Orbit Kəşfi‘nin məlumatlarını istifadə edərək Marsda böyük bir buzlaq yatağı təsbit ediblər. Geofizika Araşdırma Yazıları tərəfindən hazırlanan bir hesabatda, Marsın Utopia Planitia bölgəsində 375 min kvadrat kilometrlik buz təbəqəsi olduğu bildirilib.

NASA-nın Kaliforniya Texnologiya İnstitutu Jet Propulsion Laboratoriyasının internet səhifəsində edilən şərhdə isə buzlaq hövzənin diametrinin 2 min 50 mil (3 min 300 kilometr) uzunluğunda olduğu bildirilir.

Kəşfin kosmos vasitəsinin radarıyla reallaşdırıldığını bildirən NASA, ayrıca bu kəşfin Marsın tarixi və gələcəkdə ola biləcək su qaynaqlarının müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.