Maraqlı

Çinli adam fotoşəkilini görməsinlər deyə məhəllənin internetini kəsdi

739views

Çində ötən günlərdə qəribə bir hadisə baş verdi. Bir adam fotoşəkillərini qonşularının görməməsi üçün bütün məhəllənin internetini kəsməyə çalışdı.

Çinin Weifang şəhərinə iş axtarmağa gələn və burada yaşamağa başlayan Liu adlı adam son günlərdə Çinin ən çox danışılan adlarından biridir. Bir müddət əvvəl Çində bir əyləncə məkanına gedən adam qəribə rəqs fiqurlarını sərgiləyərkən bir anda bir adamın özünü kənardan çəkdiklərini görüb.
Bunu görər görməz səhnəni tərk edən adam internetə yüklənən utanc verici fotoşəkillərin nəticələrindən qorxaraq maraqlı bir işə imza atıb. Bu fotoşəkillərin ətrafındakılar tərəfindən görülməsini istəməyən adam oturduğu məhəllənin internetini kəsməyi sınayıb.

718850917492

Çinli adam məhəlləsinin optik kabellərini yox edib. Beləliklə 100,000 Yuan (təxminən 14 min dollar) ziyan verib.
İşin maraqlı tərəfi kimsə onun fotoşəkil ya da videolarını internetə qoymadı. Liu indi ətraf mühitə zərər vermə günahından ötəri polislər tərəfindən tutuldu.