İqtisadiyyatMaraqlı

Çinin zombi fabrikləri və doğulmamış şəhərlər

Cin iqtisadiyyati haqqinda 2017
1.16Kviews

Dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin bir neçə ildə əldə etdiyi sürətli inkişaf coğrafiyada da dərin izlər buraxmaqdadır.

Çin hal-hazırda, dünya iqtisadiyyatında rəqibi olmayan bir istehsalçıdır. Ölkə, son 30 ildə iqtisadiyyatını bütün dövlətlərən daha çox inkişaf etdirərək genişləndirə bilib. Qərbdə yaradılan və inkişafına on illər xərclənən sənaye sahələri Çində bir neçə ildə artıq inkişaf edib.

Bu iqtisadi tədbirlərin böyük bir hissəsi müəyyən sənaye bölgələrində həyata keçirilib. Burada çalışmaq üçün çöl ərazilərdən köç edən işçiləri saxlamaq üçün sıfırdan şəhərlər quruldu.

1984-2010-ci illər arasında Çində şəhərləşmə təxminən 9 min km kvadratdan 42 min km kvadrata qədər beş qat artdı. Bu yeni şəhərləri inşa etmək üçün 2011-2013-ci illər arasında istifadə olunan beton miqdarı, ABŞ-da 20-ci əsrdə istifadə olunan ümumi beton miqdarından çox idi.

yaaz.az Çində istifadəsiz qalan fabriklər

Ancaq dünyanın ikinci ən böyük iqtisadiyyatında istehsal tələbi aşıb-daşdıqca qiymətlər düşməyə və satışlar azalmağa başlayanda dövlət müdaxilə edərək bəzi sənayeləri dayandırmaq məcburiyyətində qaldı. Bunun nəticəsində də çox sayda insan işini itirdi. Bunun təsirinin ən bariz görüldüyü yerlərdən biri Pekin yaxınlığındakı Hebei bölgəsi idi. Bir zamanlar sürətlə inkişaf edən bu bölgə ölkənin polad mərkəzi olaraq görülürdü.

Çoxu dövlət idarəsində olan həmən fabriklər bu gün boşalmış vəziyyətdədir. Xüsusi polad firmaları isə iflas etməmək üçün mübarizə aparır. Digər aşağı texnologiya sektorları də eyni vəziyyətdədir. Beləcə ölkənin bir çox bölgəsində “zombi fabriklər” ortaya çıxıb.

yaaz.az Çində istifadəsiz qalan fabriklər

Çində polad istehsalı kimi ənənəvi sektorlardan elektron, telekommunikasiya və biotexnologiya sahələrinə keçid çox sürətli baş verdi. Avropa və ABŞ-da bu keçid on illəri almışdı. Çindəki irəli-texnologiya inqilabı isə bir neçə ildə reallaşdı.

Mədənçilik, polad, sement istehsalı kimi ənənəvi sektorlar bağlanarkən yeni məşğulluq sahələri yaratmaq qayğısıyla dövlətin müdaxiləsi də bu dəyişikliyi sürətləndirən amillərdən biri idi.

Şimal əyalətlərindən Shanxi’də Sarı Çay yaxınlarındakı Changzhi və Luliang şəhərlərində bu dəyişikliklə mübarizə apara bilməyən sement zavodları hal-hazırda boş vəziyyətdədir. Bir vaxtlar işçi sayı 1000 nəfəri aşan digər fabriklər isə ən çox 100 nəfər işçi qüvvəsiylə ayaqda durmağa çalışır.

Sənayedəki bu dəyişiklik çöllərdən şəhərə köçən işçiləri saxlamaq üçün inşa edilən şəhərlərdə də özünü göstərməkdədir. Gözlənilən insan axını reallaşmadığı üçün fabrik sahibləri satış edə bilmədiklərindən iflas etdi və bağlanan fabriklərin boş binaları sözün əsl mənasında “qarabasma şəhərlər” ortaya çıxardı.

yaaz.az Çində istifadəsiz qalan fabriklər

Araşdırmalara görə Çinin 50 bölgəsində yeni inşa edilən yaşayış binalarının çoxu hal-hazırda tamamilə boş durmaqdadır. Bunlardan biri olan Kangabashi, 2006-cı ildə Ordos şəhəri yaxınlığında, inkişaf edən kömür sənayesini daha da gücləndirmək məqsədiylə qurulmuşdu. Burada 300 min insanın yerləşə bilməsi üçün binalar inşa edildi, ancaq bunlardan yalnız 10 %-i bu gün doludur.

Mənzillərlə bərabər, satış mərkəzləri və parklarıyla bomboş gözləyən bənzər bir çox nümunə var. Fotoqraf Kai Caemmerer iki ildir ki, bu boş şəhərləri gəzib şəkillərini çəkir. “Bu şəhərlərin çoxu Qərbdəki şəhərsalmadan fərqli üsullarla və sürətlə inşa edildi” deyə Caemmerer bildirir .

Lakin fotoqraf, bu yerlərə “qarabasma şəhər” adının verilməsini doğru hesab etmir. “Bu təsvir bir zamanlar dolu olan bu bölgələrin indi boşalması səbəbindən belə adlandırılır. Halbuki Çinin digər bölgələrində gördüyüm yeni qurulan şəhərlərdə vəziyyət belə deyil” deyə fotoqraf bildirir.

Bu şəhərlər ‘ehtiyac olacaq’ düşüncəsiylə inşa edildi. Binalar tikildi ancaq bəlkə də burada bütünlüklə məskunlaşma 15 il sonra baş tutacaq. Buna görə də Caemmerer bu yerləri “doğulmamış şəhərlər” adlandırır.

yaaz.az Çində istifadəsiz qalan fabriklər

100 milyon insan yerləşdiriləcək

Ancaq tezliklə bu yerlərdə geniş miqyaslı yerləşdirmə proqramına şahid ola bilərik. Çin hökuməti 2020-ci ilə qədər 100 milyon insanı çöl ərazilərdən bu şəhərlərə köçürməyi planlaşdırır. Başqa yerlərdə mülk sənədi olan insanlar bunun qarşılığında yeni şəhərlərdə mənzil sahibi ola biləcək.

Eyni zamanda mədən şirkətlərinə və çətin vəziyyətdəki digər müəssisələrə ediləcək 100 milyardlıq yatırımlarla, işçi qüvvələrinin təlim keçirilərək yeni bölgələrə cəlb olunması hədəflənir. Faktlar isə bu üsulların işə yarayacağından xəbər verir.

Odur ki, qarabasma şəhərlər canlana, doğulmamış şəhərlər isə artıq doğula bilərlər .