İraqın keçmiş lideri Səddam Hüseynin 2003-cü ildə həbs edildikdən sonra CIA tərəfindən dindirilərkən qeydə alınan ifadələri kitab olaraq nəşr olunub.
Səddamın sorğusunu icra edən CIA agenti John Nixon, “Prezidenti dindirmə: Səddam Hüseynin dindirilməsi ” (Debriefing The President: The Interrogation Of Saddam Hussein) adını verdiyi kitabında Səddam Hüseynin dindirilmə zamanı işlətdiyi ifadələri olduğu kimi yazıb.
John Nixon kitabda, yaşanan yeni tarixin Səddamı haqlı çıxardığını vurğulayıb. Səddam Hüseynin tutulduqdan qısa bir müddət sonra ona, “İraqı idarə edə bilməyəcəksiniz, uğursuz olacaqsınız, çünki İraqı tanımırsınız. Dilini, insanını, tarixini və mədəniyyətini bilmirsiniz. Çox yaxında İraqı idarə etməyin nə qədər çətin olduğunu siz də anlayacaqsınız ” dediyini yazıb.
John Nixon bundan əlavə ABŞ-ın işğaldan əvvəl Səddam Hüseynə qarşı irəli sürdüyü mühakimələrin sorğu zamanı Səddam tərəfindən rədd edildiyini vurğuıayıb.
2003-ci ildə tutulan Səddam, Nixon’a İraqın iqlim şərtləriylə insanların davranışları arasında bir əlaqə olduğunu və 2004-cü ilin yay aylarında ölkədə hadisələrin başlayacağını bildirib. Və burada da tarix Səddamı haqlı çıxarıb. 2004-ci ilin aprel ayında ABŞ liderliyindəki koalisiya qüvvələri ilə Əl-Qaidə, Mehdi Ordusu və Baas partiyası tərəfdarları arasında qarşıdurmalar başlayıb. Qarşıdurmalarda 1342 nəfər Sünni və Şiə döyüşçüsü, ABŞ tərəfdən isə 383 əsgər həyatını itirib.
Nixon, Səddamın eyni zamanda “İraq hökumətinin Əl Qaidə ilə əlaqələri var” iddiasını rədd etdiyini və 11 sentyabr hücumlarına heç bir şəkildə dəstək vermədiyini kitabında yazıb.
Kitabda Nixonun Səddam Hüseynə Kürtlərə qarşı həyata keçirilən və 5000 nəfərə yaxın insanın həyatını itiriyi ‘Qanlı Cümə’ qətliamında kimyəvi silahlardan istifadə etmişdiniz deməsinə isə Hüseynin cavabı ,”Sizdən də prezidentinizdən də qorxmuram. Ölkəmi qorumaq üçün nə lazımdırsa onu da edərəm” dediyini ancaq ardından ‘O qərarı və əmri mən verməmişdim’ ifadələrini işlətdiyi yazılıb.
Xatırladaq ki, 2003-ci ildə tutulan Səddam Hüseyn Amerikanın təyin etdiyi müvəqqəti hökumət rəhbərliyində mühakimə olunmuş və 1982-ci ildə Duceyl’də 148 İraqlı şiənin öldürülməsində günahkar bilinərək, 5 noyabr 2006-cı ildə edama məhkum edilmişdi.
Səddam Hüseyn 30 dekabr 2006-cı ildə asılaraq edam edildi. Sözü gedən kitab, Səddam Hüseynin edamının 10-cu il dönümündən bir gün əvvəl 29 dekabr tarixində yayımda olacaq.