Dünya Triatlon Turniri’nin son yarışı uzun illər danışılacaq final səhnəsinə şahid oldu.
Meksika’da baş tutan yarışda idamnçılardan biri finiş xəttinə yaxınlaşdığı vaxt bir anda gücünü itirərək dayandı. Yorğunluqdan halsızlaşan idmançının tam yıxılma anında arxadan 2-ci sırada gələn qardaşı ona sarılaraq final xəttinə kimi qardaşını gətirməyi bacardı.
Dünya cempionluğunun bir addımlığında olan Britaniyalı Jonny Brownly böyük bir əzmkarlıq göstərərək finish xətinə yaxın bir məsafəyə kimi ilk sırada gəldi. Ancaq 1-ci olacağı bir vaxtda gücünün tükənməsi çempionluğun qarşısını aldı.
Geridən gələn qardaşı Alistair Brownly də yarışı ilk sırada bitirməyi deyil qardaşı Jonny’ə kömək etməyi seçdi. Bu səbəbdən də onların arxasından gələn Cənubi Afrika’lı Henry Schoeman, sürəti azalan Brownly qardaşlarını qısa məsafədə keçərək 1-ci oldu.
Alistair final xəttini də keçərkən qardaşını önə ataraq onu 2-ci özünü isə 3-cü etdi.