Hava Proqnozu

21 sentyabrda gözlənilən hava şəraiti

713views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı.

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.