Dünən Çempionlar Liqasının play-off mərhələsinə yekun vurulub.Cavab görüşlərində sürpriz sayıla bilən nəticə yalnız İtaliyada qeydə alınıb. Paytaxt təmsilçisi Roma Stadio Olimpicoda Portoya 0-3 hesabı ilə məğlub olaraq mübarizəni Avropa Liqasının qruplarında davam etdirəcək.İsrael klubu Hapoel Beer Sheva Çempionlar Liqasının qrup mərhələsinə adlamaq üçün 1 qol artıq vurmağı bacarmadı. Səfərdə Şotlandiya Celticinə 5-2 hesabı ilə məğlub olan Hapoel doğma meydanda 2-0 qalib gəlsədə bu hesab onları qrup mərhələsinə çıxartmadı.Play-offun ən qollu oyunu Almaniyada baş tutdu. Borussia Monchengladbach səfərdə də məğlub etdiyi İsveçrənin Young Boys klubunu Almaniyada da 6-1 hesabı ilə darmadağın etdi.Digər görüşlərdə bu hesablar qeydə alınıb:
Plzen(Çexiya)-Ludogorets(Bolqarıstan) 2:2
Legia(Polşa)-Dundalk(İrlandiya) 1:1
Monaco(Fransa)-Villareal(İspaniya) 1:0
APOEL(Kipr)-Copenhagen(Danimarka) 1:1
Rostov(Rusiya)-Ajax(Hollandiya) 4:1
Manchester City(İngiltərə)-Steaua(Ruminiya) 1:0
Salzburg(Avstriya)-Dinamo Zagreb(Xorvatiya) 1:2 (Extra Time)