Futbol

Çempionlar Liqası: İlk oyun gününün icmalı

642views

Dünən UEFA Çempionlar Liqasının 2016-2017 sezonunun qrup oyunlarına start verilib. A, B, C, D qruplarında 1ci turun oyunları keçirilib. Qrupların icmalını təqdim edirik.

Qrup A

nacho-monreal-angel-di-maria-alexis-sanchez-arsenal-psg_3785740

Bu qrupun, ümumiyyətlə, günün ən maraqlı oyunlarından biri də Parisdə keçirildi. “PSG” Londonun “Arsenal” klubunu qəbul edirdi. Oyunda hesab hakimin start fitindən 40 saniyə sonra açıldı. Edinson Cavani başla dəqiq oynuyaraq hesabı açıb. Bundan sonra 100%-lik qol epizodlarını sağa-sola xərcləyən PSG oyunçuları bunun cəzasını çəkiblər. “Vurmayana vurarlar.” misalı yenə də özünü doğruldub. Alexis Sanchez 78ci dəqiqədə hesaba tarazlıq gətirib. Oyun 1-1 hesabı ilə başa çatıb. Qrupun digər oyununda “Basel” “Ludogorets” ilə 1-1 hesablı sülhə razı olub.

Turnir cədvəli

a-qrup

PSG-Arsenal(icmal)

 

Qrup B

andersontalisca-cropped_qcdb1o9ray1r16510we9tpljh

Bu qrup artıq indidən olduqca çətin bir qrup olacağına işarə verir. Qardaş Türkiyənin Beşiktaş klubunun da yer aldığı qrup ən maraqlı qruplardan biridir. Qrupun favoriti “Napoli” Kiyevə yollanmışdı. “Dinamo Kiev” ilə qarşılaşan italyanlar 26-ci dəqiqədə hesabda geri düşsələrdə elə 1-ci hissədə bu geriliyi aradan qaldırmağnan yanaşı hesabda irəli keçməyi də bacardılar. Kievdən Garmashın qoluna Napolinin yeni transferi Milik dubl ilə cavab verərək komandasına vacib 3 xalı qazandırıb. Beşiktaş isə Benfica ilə səfər qarşılaşmasında Taliscanın son saniyələrdə cərimə zərbəsindən vurduğu qol ilə məğlubiyyətdən yaxa qurtarıb. Maraqlısı budur ki, Talisca Benficaya məxsus futbolçudur. Oyun 1-1 hesabı ilə başa çatıb.

Turnir cədvəli

qrup-b

Qrup C

hi-res-919ad86f60bcf67715d3da4bc7c9e070_crop_north

Bu qrupda dünən 1 görüş keçirilib. İngiltərədə olan pis hava şəraitinə görə Manchester City-Borussia Monchengladbach oyunu bugün keçiriləcək. Digər oyunda isə “Barcelona” “Celtic”i İspaniyaya gəlməyə peşman edib. Messinin het-trik, Suarezin dubl etdiyi, Neymar və İniestanın da qol vurduğu oyun “Katalonlar”ın 7-0 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəli

qrup-c

Barcelona-Celtic(icmal)

https://www.youtube.com/watch?v=mFWb7Jt2okI

 

Qrup D

descarga-1-4

Qrupun hər 2 favorit komandası turu qələbə ilə başa vurdular. “Bayern Munich” Allianz Arena-da Rostovu 5-0 hesabı ilə darımadağın edib. Qolları Lewandowski, Muller, Kimmich(2 qol) və Bernat vurublar. Digər oyunda son finalçı Atletico Madrid səfərdə “PSV”ni 1-0 hesabı ilə məğlub etdi. Qolu Saul Niguez vurub.

Turnir cədvəli

qrup-d

 

Elnur Cəfərov
idman xəbərləri yazarı