Futbol

Canluici Buffon futbolu tərk edəcəyi günü açıqladı

buffon interview 2016
778views

İtaliya futbolunun əfsanəsi Canluici Buffon, 2018 Dünya Kubokundan sonra karyerasını böyük ehtimal davam etdirə biləməyəcəyini açıqlayıb.

İrəliləyən yaşına baxmayaraq keyfiyyəti və təcrübəsiylə Juventus komandasında böyük bir performans sərgiləyən Canluici Buffon, Rusiyada təşkil ediləcək 2018 Dünya Kubokundan sonra futbol karyerasını sonlandıra biləcəyini söyləyib.

2001-ci ildə Parma’dan Juventus’a transfer olan və Torino komandasında 450’dən çox Serie A matçına çıxan dünya şöhrətli qapıçı, 1997-ci ildən İtaliya Milli Komandası heyətində iştirak edir.

Futbolu tərk etmə mövzusunda düşüncələrini dilə gətirən Buffon,”Deyəsən artıq özümü inandıra bilmişəm, Dünya Kubokundan sonra futbolu tərk edə bilərəm. Belə bir qərardan sonra ən çox bir mövsüm daha oynaya bilərəm. Bu qərarı həm mən, həm də klubun prezidenti Agnelli qərar verəcək. Ancaq bunun reallaşması çətin görsənir”

Xatırladaq ki, futbolçunun 1 ay sonra, yanvarın 28-də 39 yaşı tamam olacaq və hələ də Yuventus kubunun əsas qapıçısıdır.