Kino

Emma Watson’la “Gözəl və Bədheybət” filminin ilk görüntüləri və treyleri

1.22Kviews

Disney filmlərini sevənlərə xoş xəbər: Emma Watson-un baş rol aldığı “Gözəl və Bədheybət” filminin ilk görüntüləri yayımlandı.

Belə ki, orijinal cizgi filmdə gördüyümüz bütün atributları bu filmdə də görəcəyik. Emma Watson sarı  və mavi donlarda Belle obrazını çox gözəl canlandırır. Filmin izləyicilərin gözlədiyi qədər sehrli olacağı, bildirilir.

Bu günlərdə treyleri çıxan filmi, tez bir zamanda izləmək istəyənlər tələsməsin, çünki film 2017-ci ilin mart ayında izləyici ilə görüşəcək.

Hələki, filmin ilk görüntüləri və treyleri ilə kifayətlənməliyik.