
Çalışan qadının həyatını asanlaşdıracaq 10 vacib məqam.
Müvəffəqiyyətli bir iş qadınıykən eyni anda nizamlı bir ev qadını olmaq qulağa xoş gəlsə də, olduqca çətindir. İş həyatında baxımlı görünüb evdə evdar qadın roluna girmə vəziyyəti isə daha da çətindir. Əgər ailə qurma qərarı aldınızsa, bu vəziyyətə da alışmaq məcburiyyətindəsiniz. İşinizi asanlaşdırmaq da sizin əlinizdədir. Nə yardan nə işdən imtina etməyib həm müvəffəqiyyətli bir iş qadını həm evimin xanımı olacağam deyirsinizsə, həyatınızı asanlaşdıracaq təkliflərimiz var.
1. Günə erkən başlayın.
Bu bəlkə də ən əhəmiyyətli faktordur. İşə getdiyinizdə qalxdığınız saatdan 1 saat daha erkən qalxın; peşman olmayacaqsınız. Erkəndən oyandığınızda bir çox işi axşama buraxmadan səhər enerjisiylə həll etmiş olursunuz. Ardından sağlam bir nahar edirsiniz, hər şey bu qədər sadədir.
2. Paltarlarınızı gecədən seçin.
İş paltarlarınızı axşamdan hazırlayın; səhər paltar seçimi ilə məşğul olub vaxt itirməməyin ən ideal yolu budur. Gecədən hazırlıq, işinizi asanlaşdıracaq.
3. Həftə sonu yeməyi.
Həftə içinin sizin üçün nə qədər qiymətli olduğunu təxmin edə bilirik; amma siz yenə də boş dayanmayın. Ən azından bir gününüzü həftə içi yeməyini hazırlamağa həsr edin. Hazırladığınız yeməkləri soyuducuya qoyub gözlətsəniz, həftə içi axşamları yalnız istilədib yeməklə məşğul olarsınız.
4. İş hissəsi.
Bu sizə ən böyük tövsiyyəmizdir ki, yoldaşınızdan gələn köməyi əsla geri çevirməyin. Siz evi süpürərkən buraxın o ütü etsin; ütünü rədd etdiyi təqdirdə paltar assın, yığsın, qab-qacaq yusun. Yetər ki bir işin ucundan tutsun. İş hissəsi həm sizi rahatlaşdırar həm işinizi azaldar. Deyinəcək olsalar da qorxmayın, iş hissəsinə davam edin.
5. Əşyaları təsniflərə bölün.
Sizin üçün ən əhəmiyyətlilərindən biri nizamdır; nizamlı və planlı bir həyatınız varsa işiniz asan olacaq. Mətbəx vəsaitlərindən, təmizlik vasitələrinə qədər hər şeyi təsniflərə bölün. Əlinizi atdığınız hər şeyə dərhal nail olmaq imkanınız olsun. Əks halda, enerjinizin yarısını bir şeylər axtarmağa xərcləmək məcburiyyətində qala bilərsiniz.
6. Evə iş aparmayın.
Bu ümumiyyətlə kişilərə deyilən bir söz olsa da, irəliləyən texnologiya və dəyişən imkanlarla artıq qadınlara da sıxlıqla deyilir. Mümkün olduğunca ofisdəki işlərinizi evə daşımamağa diqqət edin. Lazım olsa arada sırada işdə qalın; yetər ki evə işlə getməyin. İş yerinin qapısından çıxdığınızda işləri də geridə buraxma şansına sahib olsanız, istirahət edə bilərsiniz. Əks halda, evdə istirahət şansını unudun.
7. Ağıllı telefon tətbiqlərindən faydalanın.
İrəliləyən texnologiya sayəsində, artıq bir çox iş çox daha asan həll edilə bilinir. İstəsəniz hətta evdəki elektron alətlərinizi ağıllı telefon tətbiqləriylə uzaqdan idarə imkanına sahib ola bilərsiniz. Eyni zamanda telefon tətbiqləri sayəsində ödəmə, alver siyahısı və həftəlik planlar etmə işlərinizi də asanlıqla təqib edə bilərsiniz.
8. İstifadəsi asan sahələr yaradın.
Asqılar, qutular, zənbillər, şkaflar və dahası… Bütün bunlar işinizi asanlaşdıracaq ən qabiliyyətli əşyalardır. Paltar, şal, corab, kəmər, papaq kimi aksesuarları ayrı-ayrı, şkaf içi asqı bölmələri, həm qəşəng həm də rahat qutular və zənbillər əşyaların yığcam bir şəkildə saxlanmasını təmin edər. Bu vəziyyət, evi toplarkən həm zaman qənaəti həm nizam təmin edər.
9. Məsuliyyət verin.
Əgər uşaqlarınız varsa, iş bölümü məsələsinə onları da qatın. Öz otaqlarını özlərinin təmizləməsini, dağıtdıqlarını toplamaları lazım olduğunu bilmələrini təmin edin.
10. Əla olmağa çalışıb özünüzü üzməyin.
Bütün bunları edərkən özünüzü əsla üzməyin. Bəzən qab-qacaqlar, ütülənməsi lazım olan paltarlar çox ola bilər; problem yoxdur. Yeməyi sifariş verin, o həftə başqa paltarlar geyinin. Ayda 1 ya da 2 dəfə təmizlik üçün köməkçi çağırmaq da tövsiyələrimiz arasındadır. Özünüzə mütləq icazə verin, heç bir şey sizdən daha qiymətli ola bilməz.