Şotlandiya səmalarında ‘Duman halqası’ olaraq da adlandırılan və nadir rast gəlinən ağ göy qurşağı görsənib.
Fotoqraf Melvin Nicholson, Bazar günü gəzintiyə çıxdığı bir vaxtda ağ göy qurşağı ilə qarşılaşıb.
Gördüklərini ‘Bir sözlə möhtəşəm’ deyərək təsvir edən Nicholson, “Rəngsiz bir göy qurşağına bəznzəyirdi sanki” deyə ifadəsində bildirib.
Əslində Nicholson’un belə bir təbiət hadisəsi ilə qarşılaşması böyük bir şansdır. Ağ göy qurşağını görmək çətindir. Qurşağı fərq edə bilməniz üçün günəş tam arxanızda olmalıdır. Əgər halqa günəşə yaxındırsa o zaman onu görmək mümkün olmur. Ancaq Nocholson’un bəxti tək bunda gətirməyib. Ağ qar üzərində tək duran ağac da onun belə bir gözəl görüntünü əldə etməsinə köməklik edib.
Nicholson bu barədə, “Möcüzədən də artıq idi mənim üçün, yəqin ki bu hadisə həyatımda unuda biməyəcəyim ən gözəl hadisələrdən biri olacaq” deyə söyləyib