FenomenŞəbəkə

Bomba ideya, Bomba – Sosial Media Mükafatlandırılması

Bomba Sosial Media Mükafatlandırılması
1.04Kviews

Bomba – Sosial Media Mükafatlandırılması nədir, təsisçiləri kimdir, nə işə yarayır?

Bomba – sosial media mükafatlandırılması, internetdə, birbaşa olaraq sosial şəbəkələrdə aktivliyi və fəaliyyəti ilə yadda qalan, diqqətləri üzərinə çəkməyi bacaran, bir sözlə yaxşı mənada bacarıqlı insanlara veriləcək mükafatlandırmadır. Bununla bağlı Bomba.az rəsmi saytlarında qeyd olunur:

“Son illər Azərbaycanda sosial şəbəkələrin çox məşhurlaşdığının və ənənəvi media qurumlarını bazardan,  demək olar ki, sıxışdırıb çıxardığının şahidiyik. Sosial şəbəkələr ünsiyyət platformasından daha çox məlumat mənbəyi, paylaşımı, istedad və bacarıqların nümayişi və gündəmin müzakirəsi meydanına çevrilib.

Bununla bağlı son 1 ildə Facebook, Twitter və Instagram-da saysız-hesabsız maraqlı “mövzular” meydana gəlib, onların qəhrəmanları böyük kütlənin diqqətini cəlb edə bilib. Ölkəmizdə medianın və kütləvi informasiyanın əsas hissəsinin sosial şəbəkələrdən ibarət olmasını və son illər ən maraqlı layihələrin, demək olar ki, internet vasitəsilə işıqlandırılmasını, bir sözlə, insanların əsasən sosial şəbəkələrdə “partlatmasını” nəzərə alaraq “Sosial Şəbəkə Mükafatı”nı təsis etmək istəyirik.”

Mükafatın və layihənin adı “Bomba”dır. 2016-cı ildə sosial şəbəkələrdə öz statusu və ya videosu ilə, hansısa layihəsi və ya “caps”i ilə və s. “partladanları”, müzakirə mövzusu olanların mükafata layiq olduğunu düşünürük və mükafatlandırmaq istəyirik. İlin ən güclüləri “Bomba” Akademiyası tərəfindən seçiləcək. 

Mükafatın təsisçiləri Beat Group-dur, tanıdığımız simalardan Dj FatehRəvan Bağırov-da bu layihənin əsas icraçıları sırasındadırlar. Hətta Facebook Live vasitəsi ilə də layihə haqqında geniş informasiya da veriblər.

Sosial media mükafatlandırılması üzrə ilk mükafat olacaq Bomba, ideya və yenilik baxımından olduqca vacib bir mövqeyə sahibdir. Təbii ki, bu mükafatlandırmanı Azərbaycan internet istifadəçiləri üçün müsbət mənada qiymətləndirmək lazımdır.

Müsabiqə haqqında verdiyimiz qısa informasiya sonunda bildirək ki, tədbir 11 fevralda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Nominasiyalar və nominantlar isə aşağıdakı kimidir: