Məşhurlar

Bob Dylan’nın Nobel mükafatı almasına təəccüblənməmək üçün – 10 səbəb

697views

Bob Dylan’nın Nobel mükafatı almasına təəccüblənməmək üçün – 10 səbəb.

2016 Nobel Ədəbiyyat Mükafatı Bob Dylan’a verildi. 1901-ci ildən bu yana verilən mükafat, ilk dəfə bir musiqiçiyə layiq görülüb. Lakin Dylan’a yalnız bir musiqiçi demək doğru deyil; Dylan, sənətin şəkil, ədəbiyyat, musiqi kimi müxtəlif sahələrində işlər görən gerçək bir sənətçidir.

bob_dylan-nobel

Nobel Mükafatlarını paylayan İsveç Akademiyası tərəfindən açıqlanan qərarı, akademiya katibi Sara Danils, niyə Bob Dylanın bu mükafatı haqq etdiyinin açıqlamasını verib:

“Bob Dylan İngilis dilinə hakim böyük bir şairdir, bu açıq bir gerçəkdir. John Milton və William Blake’dən bəslənən, lakin günümüzün ədəbi ənənələrini də yerli dil ilə qarışdırma bir anlayışa sahib olan Dylan, yerli mahnılarından, cənubun delta blues’una qədər repertuarını da olduqca geniş bir bölgədən bəsləmişdir. Bu günə qədər heç kimsə, əsərlərində Rimbaud və Fransız modernizmindən belə təsir müşahidəsi etməyib və bütün bu mirası xüsusi bir şəkildə eyni qabda saxlayan Bob Dylanın etdiyini etməmişdir. “

Bəli, Bob Dylan həmişə bir musiqiçi olaraq tanınıb. Amma onun Nobelə ədəbiyyat sahəsində layiq görülməsinə çox təəccüblənməmək lazımdır;

1) Bob Dylan, ABŞ-da 1960-cı illərdə ortaya çıxmış olan müxalif və ənənə dağıdıcı şair və yazıçılardan ibarət Beat Nəsli’nin də nümayəndələri arasındadır.

ginsberg-bob-dyln

2) Yazdığı mahnı sözləri yalnız bir mahnı sözü olaraq adlandırıla bilinmirdi heç zaman. Bundan çox bir əsər idi. Buna görə ona “Rock’un Rimbaud’u deyilirdi.

3) Dylan, hər albomunda, hər mahnısında fərqli bir şeylərdən bəhs edən bir söz yazarı idi. Döyüşlərin mənasızlığından, Tanrıdan, ədalət, cinsəllikdən, eşqdən, hər mövzudan bəhs edib.

4) Çox sadə görünən amma əsasında ortaya xüsusiyyətli və mənalı bir qafiyə çıxarması çətin olan şer sənətini ən usta şəkildə istifadə edib.

bob-dylan-008

5) Bəzi mahnılarının sözlərini anlamaq üçün ciddi bir əmək istifadə etmək lazımdır. Eynilə usta yazarların əsərlərində olduğu kimi.

6) Beatles’dan Corc Harrison’un da dediyi kimi musiqiçilərin “Sha la la bop” xaricində da mahnı sözü yazıb hekayələri anlada biləcəyini musiqi dünyasına göstərən və bu yolu açan ilk musiqiçilərdən biridir. Musiqi və ədəbiyyat ilk dəfə onunla bu dərəcə vəhdət daşıyıb.

 
7) Bob Dylan, müsahibələrinin birində özü haqqında məlumat almaq istəyənin baş vura biləcəyi ən yaxşı qaynağın mahnıları olduğunu söyləyib. İnsanların fərqli mahnıları bir araya gətirərək ümumi cədvələ çata biləcəyini ifadə edib.

bob-dyln-nobel

8) Həmişə ifadə etdiyi kimi melodiyadan çox sözü önəmsəyib. “Hər zaman belə düşündüm. Bir tək gitarası olan bir balad şairi nə etdiyini bilirsə böyük bir ordunu belə səhnədən uçura bilər. “

9) Çünki mahnı yazıçılığı musiqinin olduğu qədər ədəbiyyatın da hissəsidir. Bir mahnı yazıçısı da musiqiçi olduğu qədər yazardır da.

10) Bəlkə çıxıb “Xeyr, bu mükafatı qəbul etmirəm” deyə biləcək də bir sənətçidir Dylan.

131203123231-03-bob-dylan-horizontal-large-gallery