MünasibətlərPsixoloji yanaşma

Birtərəfli ayrılıq: tərk edilən tərəf yaranmış vəziyyətdə nə etməlidir?

1.2Kviews

Qəfil ayrılıq həyatımızı dəyişə, dərin kədərin və nəhayət ağır depressiyanın səbəbi ola bilər.
Bəs emosional ağrını azaltmaq və normal həyata qayıtmaq üçün nələri bilməli və nələr etməliyik?

Hesab edirik ki, hər insan heç olmasa bir dəfə sevdiyi birindən ayrılaraq ayrılıq kədəri ilə tanış olmuşdur. Ən yaxşı halda ayrılıq iki tərəfin verdiyi ortaq bir qərar olur. Ən pis halda isə bu qərarı yalnız bir tərəf verir, digər tərəf isə bu qərarı qəbul etməlidir. Təbii ki, bu qərarı qəbul etmək, hətta bu qərarla üzləşmək görünüyündən çətin və ağrılıdır. Lakin tərk edən tərəf adətən ayrılığı qəbul etməyən tərəfin emosional müqavimətinə qarşı “kar” olur: o, artıq qərarını vermişdir və əlavə sözlərə, danışıqlar aparmağa ehtiyac duymur.

Tərk edilən tərəf daima ən “ağır” vəziyyətdə olandır. Ayrılıqla barışmağın, yaşadığınız kədərdən xilas olmağın yolları var. Bu üsullar sadə deyil, onları yerinə yetirmək üçün iradənizi toplamalı, emosionalarınızla bacarmalısız.

 

Məktub yazın

Vida görüşündə tərəflər bir-birlərinə çox söz deyirlər. Lakin sonra nələrisə söyləmədiyinizi, unutduğunuzu, özünüzü düzgün ifadə etmədiyinizi aşkarlaya bilərsiniz. Psixoloqlar psixoloji böhran yaşayan insanlara gündəlik tutmağı məsləhət görürlər. Bütün neqativ emosiyalarını gündelikdə qeyd edən insan özünü bir az yüngülləşmiş, mənfi enerjidən xilas olmuş kimi hiss edir.
Siz də beləcə gündəlik tuta yaxud ayrıldığınız insana məktub yaza bilərsiniz. Mühim şərt – məktubu klaviatura ilə yazmaq deyil məhz qələmlə kağızda yazmaqdır.

ay2
Məktubu qələmlə kağızda yazın

Digər şərt isə – məktubda ayrıldığınız insana onun adı ilə müraciət edin. Bütün gizli hisslərinizdən bəhs edin, təəccübünüzü bildirin, kədərinizdən danışın – bütün bunları yazarkən səmimi olun. Görüşdə söyləyə bilmədiklərinizi məktubda yazın. Qəzəblinizsə – qəzəbinizi bildirin, etdiyiniz sehvləri anlayır təəssüf və peşmanlıq duyursunuzsa – üzr istəyin.

Keçirdiyiniz mənfi hisslərdən qurtulun, yoxsa onlar ağır yük kimi sizi həyatınız boyu geriyə çəkəcək.

 

Özünüzə vaxt verin

Ayrılığın ən çətin tərəfi tənha qalmaq yox, yaşadığınız xoşbəxt anların xatirələri ilə baş-başa qalmaqdır.

Bu kədərə çarə tapmaq mümkün deyil,  onunla bir müddət yaşamaq gərəkdir. Bunun üçün isə vaxt lazımdır.

ay6

Sizi müxtəlif fikirlər, stereotiplər və qorxu tələsdirə bilər: təcili yeni birini tapmaq lazımdır, çünki vaxt gedir; ailə qurmaq mütləqdir; indi tələsməsən yaşlananda tək-tənha yaşamağa məcbur olacaqsan və s. Bu cür fikrilərin sizi qorxutmağına əsla izn verməyin. Hər şeyin öz vaxtı var, indi isə keçmiş münasibətlərin açdığı “yaralardan” sağalmağın vaxtıdır.

 

Öz həyatınızı yaşamaqdan çəkinməyin

Bağışla və burax – psixoloqların bu cür hallarda verdiyi məsləhətlərdən biridir. Lakin bunu həyata keçirmək üçün zamana və daxili qüvvənizə ehtiyacınız olacaq.
Əgər siz hələ “bağışlamağa” hazır deyilsinizsə, heç olmasa keçmişə boylanmadan öz həyatınızı yaşayın. Sosial şəbəkələrdə ayrıldığınız insanın səhifələrinə daxil olmayın, statuslarını oxumayın, paylaşımlarını izləməyin.

ay8
Öz həyatınızı yaşamaqdan çəkinməyin

Bütün bunları edərkən siz həmin insanın həyatının şahidi olmağa davam edirsiniz. Əlbətdə ki, müəyyən vaxta qədər “onun həyatına göstərdiyiniz maraq” yaşadığınız stressə davam gətirməyə kömək olacaq. Lakin sonra sizi “geriyə” çəkəcək.
Onu “izləmək” vərdişindən xilas olsanız öz həyatınızı yaşamaq daha asan olacaq.

 

Gündəlik vərdişlərinizi dəyişin

Keçmişinizlə yaşamaqdan qurtulmaq üçün gündəlik rejiminizdə deyişiklik edin.

Heç vaxt etmədiyinizi edin: yoqa ilə məşğul olun, qrafik-dizayn dərslərinə yazılın, musiqi alətlərində ifa etməyi öyrənin, fotoqrafiya ilə məşğul olun və s. – yeni insanlar, yeni məşğuliyyət, yeni təəssüratlar dünyanızı genişləndirəcək.

 

Yaxınlarınız, dostlarınızla daha çox vaxt keçirin

Bu cür hallarda yaxınlarımızın və dostlarımızın dəstəyi əvəzsizdir.

Təklif olunan köməkdən imtina etməyin, insanlardan qaçmayın, kədərə “bürünməyin”.

ay7
Yaxınlarınız, dostlarınızla daha çox vaxt keçirin

Çalışın bu yaranmış vəziyyətə “qurban” mövqeyindən deyil (mən nə itirdim?), “qalib” mövqeyindən baxın (mən nə qazandım/nə öyrəndim?).