Sosial

Bir anda məşhurlaşan Pakistanlı çayçı

1.26Kviews

Pakistan’da çayçı olaraq çalışan 18 yaşlı Arshad Han’ın Instagram’da paylaşılan fotoşəkli, bir anda onu 100 minlərin sevimlisinə çevirib.

Belə ki, Arshad’ın fotoşəklini ilk olaraq İslamabad’da fəaliyyət göstərən Jiah Ali adındakı bir fotoqraf öz şəxsi Instagram hesabından paylaşıb və tez bir müddətdə minlərlə insanı özünə cəlb edən paylaşım böyük bir kütlə tərəfindən bəyənilib.

Sözü gedən fotoşəkil 10 minə yaxın istifadəçi tərəfindən paylaşılıb.

dunyanin-en-seksi-caycisi-terfi-etti-arshad-han-jiah-ali-1586059

Bu qədər marağa səbəb olan yaraşığından xəbərsiz olduğunu bildirən Arshad, “Bugün səhər öyrəndim ki, yaraşıqlı imişəm. Bir çox insan gəlib mənimlə şəkil çəkdirmək istəyir. Qızlar, oğlanlar hər kəs və bu mənim xoşuma gəlir.” deyə söyləyib.

Arshad, artıq yerli media tərəfindən bir neçə modellik təklifi aldığını bildirib. Ən maraqlı məqam isə Arshad’a Bollywood produsserlərindən təklifin gəlib gəlməyəcəyidir. Son zamanlarda Hindistan və Pakistan arasında daha da artan soyuqluq səbəbindən bu hər iki tərəf üçün bir mənalı qarşılanmaya bilər ancaq belə bir təklifin olacağı gözlənilir.

Qeyd edək ki, daha çox yaşıl gözləri ilə maraq çəkən Arshad, Pakistanın İslamabad şəhərindəki bir bazarda çayçı işləyir. 25 ildir ki, ailəsi ilə birlikdə İslamabad’da yaşayan və ilk olaraq bazarda meyvə-tərəvəz satan gənc, daha sonra çayçı olaraq işinə davam edib. Etnik olaraq Peştun kökə sahib olan Arshad, bu səbəbdən rəngli gözlərə və nisbətən ağ dəriyə sahibdir.