Siyasət

Binyamin Netanyahu: “BMT’nin qərarına uymayacağıq”

Binyamin Netanyahu: "BMT'nin qərarına uymayacağıq"
712views

İsrail Baş naziri Binyamin Netanyahu, Birləmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qəbul olunan, İsrailin işğal altındakı torpaqlardakı qeyri-qanuni məskunlaşmalarına son verməsiylə əlaqədar qərarın ‘utanc verici’ olduğunu bildirib.

Netanyahu, İsrailin qərara uymayacağını açıq şəkildə söyləyib.

Fələstin Hökuməti lideri Mahmud Abbas isə qərarla bağlı, ‘İsrail siyasətinə böyük bir zərbə’ deyə ifadəsində bildirib.

yaaz.az

ABŞ bitərəf mövqe seçib.

Qərar, 14 leyhinə və bir bitərəf səslə qəbul olunub. ABŞ səsvermədə bitərəf qalıb.

Qərar layihəsi Misir tərəfindən hazırlanıb.

Qərarda, “İsrail dərhal və tamamilə, Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında bütün yaşayış yeri fəaliyyətlərini dayandırmalıdır” ifadəsi yer alıb.

Bundan əlavə, İsrailin bölgədə məskunlaşmasının “qanuni dayağının olmadığı” və “iki dövlətli həlli təhlükəyə atdığı” qeyd olunub.

İsrailin 1967-ci ildən bu yana işğal atlında tutduğu Qərb Şəriyə və Şərqi Qüdsdəki təxminən 140 məskunlaşma yerində 500 minə yaxın yəhudi yaşayır.

yaaz.az

İsrailin reaksiyası: ‘Utanc verici’.

İsrail Baş naziri Binyamin Netanyahu, layihənin qəbul olunmasının ardından bunları söyləyib:

“İsrail, BMT-dəki İsrailə qarşı olan bu utanc verici layihəni rədd etməkdədir. İsrail layihənin şərtlərinə uymayacaq”.

“Təhlükəsizlik Şurası, Suriyada yarım milyon insanın qətlinin dayandırılması üçün heç bir addım atmadığı bir zamanda, Orta Şərqdəki yeganə demokratiyaya, İsrailə qarşı utanc verici bir şəkildə birlik olmaqda və Ağlama divarını ‘işğal edilmiş torpaq’ olaraq xarakterizə etməkdədir” .

Netanyahu, Obama rəhbərliyin İsraili qorumaqda müvəffəqiyyətsiz olduğunu və eyni zamanda BMT-dəki bu birliyə kənardan dəstək verdiyini söyləyib.

İsrailli rəhbər, Donald Trump’la birgə işləməyi səbrsizliklə gözlədiklərini bildirib.

yaaz.az

Fələstin Rəhbərliyindən qərara dəstək.

Fələstin lideri Mahmud Abbas tərəfindən isə məsələ ilə bağlı bu açıqlamalar gəlib:

“Təhlükəsizlik Şurasının layihəsi İsrail siyasətinə böyük bir zərbədir, məskunlaşmalara qarşı yekdilliklə qəbul edilmiş beynəlxalq bir qınama və iki dövlətli həllə güclü bir dəstəkdir”.

Fələstin Rəhbərliyinin BMT səfiri Riyad Mənsur, BMT qərarının tamami ilə vaxtında qəbul olunduğunu, lazımlı və əhəmiyyətli olduğunu bildirib.

Mansur, bölgədəki məskunlaşmaların sülhün və iki dövlətli həllin qarşısında çox böyük bir maneə meydana gətirdiyini söyləyib.

yaaz.az

ABŞ-ın BMT səfiri Samantha Power daha öncə, “Məskunlaşma problemi olduqca pis fəsadlara səbəb olur və iki dövlətli həlli təhlükəyə salır” deyə bildirmişdi.

Power, İsrail Baş naziri Netanyahunun məskunlaşmaları müdafiə etdiyi üçün tənqid etmişdi: “Bir insan, eyni anda həm məskunlaşmaları genişləndirib həm də qarşıdurmanı bitirəcək iki dövlətli həllə dəstək verə bilməz.”