Maraqlı

Tarixdə yeni xəbər: İlk dəfə robot cinayət törətdi

860views

57 yaşlı Wanda Holbrook, çalışdığı firmada robot tərəfindən qorxunc bir şəkildə öldürüldü.

ABŞ-da bir robot nəzarətdən çıxıb dəhşət saçıb. Hadisə dünən ölkənin Michigan əyalətində baş verib. Maşın hissələri istehsal edən zavodda çalışan Wanda Holbrook, robot tərəfindən vəhşicəsinə öldürülüb. 12 ildir ki, firmada çalışan qadın, kompleksin 100 nömrəli hissəndəykən bir anda robot nəzarətdən çıxıb. Qadını sıxışdıran robot, Holbrookun üzərinə yüzlərlə kilo ağırlığında qoşma parçası atıb. Kəllə sümüyü əzilən qadın hadisə yerində həyatını itirib. Hadisə böyük qorxu yaşadıb.

Ölən texnikin xanımı, robot firmasına qarşı məhkəmədə iddia qaldıracağını bildirib.