Sağlamlıq

Bildiklərinizi unudun: İnsan xarakteri və şəxsiyyəti yaşlandıqca dəyişir

1.33Kviews

Bildiklərinizi unudun: İnsan xarakteri və şəxsiyyəti yaşlandıqca dəyişir.

Şotlandiyadakı Edinburq Universiteti tədqiqatçılarının tam 63 ildə həyata keçirdiyi bir təcrübədə, insan şəxsiyyətinin illər ərzində demək olar ki, tamamilə dəyişdiyini ortaya qoyublar.

1947-ci ildə 14 yaşındakı 1208 şagirdə müəllimləri vasitəsilə bir sıra şəxsiyyət testləri tətbiq edən mütəxəssislər, 63 il sonra 77 yaşına girən adamlardan 635i ilə yenidən ünsiyyətə keçiblər. Təcrübəni davam etdirməyi qəbul edən 174 nəfər üzərində eyni testlər təkrarlanıb. Araşdırılacaq xarakterik xüsusiyyətlər, özünə inam, əzm, ruhi vəziyyətindəki sabitlik vəziyyəti, vicdan, özünəməxsusluq və üstünlük arzusu olaraq müəyyənləşdirilib.

İnsan xarakteri haqqında indiyə qədər görülmüş ən uzun müddətli araşdırma olma xarakteri daşıyan təcrübədə, üzərində çalışdıqları sözügedən 6 xarakterik xüsusiyyətin zaman içərisində əhəmiyyətli dərəcədə dəyişdiyi ortaya çıxıb. Psychology and Aging adlı jurnalda nəşr olunan təcrübə hesabatında, fərdlərin yetkinlik və yetişkinlik dövrlərində göstərdiyi səciyyəvi xüsusiyyətlər arasında heç bir oxşarlığın olmadığı bildirilir.

Tədqiqatçılardan Doktor Vendi Conson, “Yetkinlik dövründəki adamlar əsasən daha az vicdanlı, daha cəsur, risk götürməyə və macəraya atılmağa daha istəkli, daha pessimist, əsəbi və sosial olmağa meyl göstərirlər. Ancaq yetişkinliyə doğru irəlilədikcə, bu xüsusiyyətlər tam tərsinə çevrilir” şərhində olub.

“Yetişkinlik dövrlərində insanlar özlərini olduqları kimi qəbul etməyə daha meyllidirlər” deyən Doktor Consona görə bu keçidi sürətləndirən və daha qərarlı hala gətirən iki mühüm nöqtə var; İlk iş təcrübəsi və valideynlik. Ancaq mütəxəssislər, şəxsiyyətin dəyişikliyində fərdin həyatında baş verən şəxsi hadisələrin əhəmiyyətli bir təsirinin olduğunu da vurğulayırlar.