Sağlamlıq

Beli düz saxlamaq üçün ən yaxşı çalışma

2.18Kviews

Baş ağrısı, boyun nahiyyəsində gərginlik və yorğunluq hiss edirsizsə – çox gümanki bu belinizi düz tutmamağın nəticəsidir.

Beli düz saxlamaq dayaq-hərəkət siteminin inkişafında və sağlamlığında böyük rol oynayır. Bundan əlavə, əgər beli düz tutmursuzsa zamanla onurğalar yerdəyişə, bu isə beyinin oksigenlə tam qidalanmamasına gətirib çıxara bilər.


Beləliklə, düzgün qamət sadəcə gözəllik deyil həm də sağlamlıqdır.


Yaaz.az sizə qamətinizi düzəltməkdə yardımçı olacaq çalışma təklif edir:

Bu çalışmanı yerinə yetirmək üçün yerə qarın üstü uzanıb, əllərinizi bədən boyunca uzatmalısız. Sonra çiyinlərinizi bacardığınız qədər yuxarı qaldırmalı, əllərinizi isə arxaya, ayaqlarınıza tərəf, uzatmalısız. Təqribə 5 saniyə bu cür qalmaq gərəkdir. Çalışmanı hər gün 10 dəfə yerinə yetirilməlidir. Bel əzələləri gücləndikcə, çalışmanın sayını da artırmaq olar.