Gündəm

Misir’də 600 qaçqını daşıyan gəmi batıb

596views

Misirin şimalında 600 qaçqını daşıyan gəmi batıb. İlkin xəbərlərə görə artıq 29 nəfərin cəsədi tapılıb.

Məlumata əsasən İtaliya’a qaçaq yol ilə keçməyə çalışan gəmi, Kafrü-Şeyx şəhərinin sahillərində 600 qacaq sərnişini ilə birgə batıb.

Qəza yerinə gələn təhlükəsizlik xidməti 150 nəfəri xilas edə bilib.

Gəmidə, Suriyadan, Misirdən və Afrikadan olan qaçqınların olduğu bildirilir.