Digər İdman

Belçikada ilk sıra Rosberg-in

649views

2016 Formula 1 Dünya Çempionatı-nın 13-cü yarışı Belçika Grand Prix-sinə, Mercedes pilotu Nico Rosberg ilk sırada başlayacaq.

Belçik-‘nın Francorchamps bölgəsindəki 7 min 4 metrlik Spa Pist-ində, 44 tur üzrə baş tutacaq yarışın sıralama turları keçirildi.Pilotlar sıralaması üzrə xal cədvəlində Lewis Hamilton-un 19 xal gerisində yer alan Mercedes-in Alman pilotu Nico Rosberg sıralama turlarında 1.46.744-lük dərəcəsi ilə pole vəziyətini əldə etti.

Son 2 ilin Dünya Çempionu Hamilton, maşınındakı mator parçalarının dəyişdirilməsi səbəbi ilə 55 sıra,McLaren-Honda-nın ispaniyalı sürücüsü Fernando Aalonso isə eyni səbəblə 35 sıra geriden başlama cəzası aldıqları üçün, sabah ki yarışa son iki sıradan başlayacaqlar.

Odur ki, Monaco Grand Prix-sindən etibaren son 7 yarışın 6-sını qazanan Hamiltonu,komanda üzvü Nico Rosberg ilə birlikdə çətin bir yarış gözləyir.

Belçika Grand Prix-də sabah Bakı saatı ilə 16.00-da ilk 10 sıradan başlayacaq pilotlar və dərəcələri bu şəkildədir :

İlk 10 sıra

1. Nico Rosberg (Mercedes) 1.46.744

2. Max Verstappen (Red Bull-TAG Heuer) 1.46.893

3. Kimi Raikkonen (Ferrari) 1.46.910

4. Sebastian Vettel (Ferrari) 1.47.108

5. Daniel Ricciardo (Red Bull-TAG Heuer) 1.47.216

6. Sergio Perez (Force India-Mercedes) : 1.47.407

7. Nico Hulkenberg (Force India-Mercedes) 1.47.543

8. Valtteri Bottas (Williams-Mercedes) 1.47.612

9. Jenson Button (McLaren-Honda) 1.48.114

10. Felipe Massa (Williams-Mercedes): 1.48.263