782
Aparılan araşdırmaya görə kitab oxuyanlar, oxumayanlara görə daha uzun yaşayır. Yale Universiteti müəlliməsi Becca R. Levyinə görə, “Gündə ən az yarım saat kitab oxuyanlar, oxumayanlara görə həyat müddəti baxımından əhəmiyyətli bir üstünlüyə sahibdirlər.”
3 min 635 adamla edilən araşdırmada, həftədə üç saat yarımdan az kitab oxuyanlar, daha çox oxuyanlara görə daha az yaşayırlar. Kitab oxuyanların ömrü isə, heç oxumayanlara görə iki il daha uzundur. Araşdırmada bunun səbəbinin nə olduğu isə ifadə edilməyib.
Daha əvvəl də bəzi araşdırmalar oxumanın iqtisadi rifahdan ruh sağlamlığına qədər fərqli sahələrdə fərdlərin həyatına əhəmiyyətli ölçüdə təsir etdiyini ortaya qoymuşdu.
add a comment