Digər İdman

Belçika-da qalib: Nico Rosberg

715views

Formula 1-in 13-cü yarışı, Belçika Grand Prix-də final xəttini 1-ci keçən,Mercedes-in almaniyalı pilotu Nico Rosberg oldu.

Rosberg bu 1-cilik ilə, ilin 6-cı zəfərini qazandı.

Yarış Belçikanın Francorchamps qəsəbəsində, 7 min 4 metr uzunluğundakı pistdə, 44 tur üzrə keçirildi.

Red Bull-TAG Heuer-in avstraliyalı pilotu Daniel Ricciardo, liderdən 14.1 saniyə geri qalaraq ikinci sıranın sahibi oldu.

Yarışa ən son sıradan başlayan Lewis Hamilton, bu çətinliyə baxmayaraq komanda yoldaşı Rosberg-in 27.6 saniyə gersində qalaraq 3-cü oldu.

Bu nəticə ilə Rosberg, pilotların sıra cədvəlində Hamilton ilə arasındakı fərqi 9 xala çatdırdı.

Sezonun növbəti, 14-cü yarışı ” İtalya Grand Prix ” isə Sentyabrın 4-ündə baş tutacaq.

Yarışın ilk 10-luğu :

1. Nico Rosberg (Mercedes)

2. Daniel Ricciardo (Red Bull-TAG Heuer)

3. Lewis Hamilton (Mercedes)

4. Nico Hulkenberg (Force India-Mercedes)

5. Sergio Perez (Force India-Mercedes)

6. Sebastian Vettel (Ferrari)

7. Fernando Alonso (McLaren-Honda)

8. Valtteri Bottas (Williams-Mercedes)

9. Kimi Raikkonen (Ferrari)

10. Felipe Massa (Williams-Mercedes)

Pilotlar və komanda sıra siyahısı :

Pilotlar :

1. Lewis Hamilton (Büyük Britaniya): 232 xal

2. Nico Rosberg (Almaniya): 223

3. Daniel Ricciardo (Avstraliya): 151

4. Sebastian Vettel (Almaniya): 128

5. Kimi Raikkonen (Finlandiya): 124

Komandalar:

1. Mercedes: 455

2. Red Bull: 274

3. Ferrari: 252

4. Force India: 103

5. Williams: 101