Dəb & Tərz

İdeal seksi bədənə sahib olmaq

2.46Kviews

Gözəllik görənin gözündədir deyərlər. Görünüşə görə qadınlar və kişilər bu mövzuya fərqli bucaqlardan baxırlar.

İngiltərədə bir qadın alt paltarları şirkəti olan Bluebella, 1.000 qadın və kişiylə birgə anket sorğusu edib. Bu anketə görə iki cinsdən də hansı məşhurların ideal fiziki xüsusiyyətlərə malik olduğunu soruşublar. Daha sonra hər bir məşhurun müəyyən hissələrini fotoşoplayıp mükəmməl bədəni ortaya çıxarmağa çalışıblar. Nəticə isə qadınların və kişilərin ideal qadın bədəninə baxış bucaqlarının olduqca fərqli olduğunu göstərib. Lakin iki qrupun da kişi bədənindəki ideallıq anlayışı demək olar ki bir-birinə bənzəyir. Anketə görə qadınlar nümunə olaraq Jennifer Anniston, Gwyneth Paltrow və Emma Watson kimi incə aktrisaları seçmişlər. Digər tərəfdən kişilər isə mükəmməl bədəni adlandırarkən Kim Kardashian və model Kelly Brook kimi böyük arxaya sahib məşhurları seçim etmişlər.

 

İdeal Seksi Qadın Bədəni

ideal-seksi-qadin-vücudu
Qadın və kişilərin ağılındakı mükəmməl kişi bədəni bir-birinə daha çox yaxındır. Futbol ulduzu David Beckham iki şəkildə də fərqli bədən parçalarıyla təyin edici olmuş (Qadınlar üçün ayaq; kişilər üçün üz). Ayrıca Brad Pitt də iki şəkildə də yer alıb (qadınlar üçün biseps, kişilər üçün bəzən sarı saçlar). Ümumi olaraq kişilər böyük bədən quruluşunu mükəmməl olaraq qəbul etmişlər.

 

İdeal Seksi Kişi Bədəni

ideal-seksi-kisi-vücudu
“Maraqlıdır ki, bu bədən parçalarının cəmi, mükəmməllik ideyasına uyğun gəlmir.” deyən Bluebella qurucusu Emily Bendell, həmçinin “Nə qadınlar, nə də kişilər, 1.80 boyunda incəcik modelləri ya da iti bədən xəttlərinə sahib olan super baxımlı kişiləri seçim etməmişlər.” deyib.

Bütün bu nəticələrlə birlikdə məşhurları parçalara ayırıb birləşdirmək məntiqli deyil. Qadınlar və kişilər bədənləriylə çox məşğul olurlar. Xalqın gözəllik anlayışı və qəbulu media standartlarına əsasən təsirlənir. Edilən araşdırmaya görə gənc qızların 69%-i maqazin modellərindən təsirlənirlər.