Futbol

Barcelona onu istəyir

Mesut Ozil Barcelona 2017
813views

Arsenalın Türk əsilli futbolçusu Mesut Özili İspaniyanın Barcelona klubu transfer etmək istəyir.

28 yaşındakı futbolçu, 2013-ci ildə sonlandırdığı İspaniya karyerasına geri dönə bilər. Real Madriddən Arsenala 50 milyon avro qarşılığında transfer olan Mesut Özilin yenidən La Liqaya qayıdaçağı iddia edilir.

İspaniyanın Sport qəzeti, London klubuyla müqaviləsi 2018-ci ilin iyun ayında sona çatacaq Mesut ilə Barcelonanın maraqlandığını yazıb. Kataloniya klubun rəhbərliyi ilə Mesutun menecerinin görüşdüyünü yazan qəzet, futbolçunun Arsenal ilə müqaviləsini uzatmaması halında Barcelonaya transferinin mümkün ola biləcəyini bildirib. Xəbərdə eyni zamanda, Məsutun İngiltərə karyerasını sonlandırıb İspaniyaya dönmək istəyinin də olduğu qeyd olunub.

Ancaq qeyd edək ki, Arsenal klubunun baş məşqçisi Arsene Wenger müsahibələrinin birində, həm Mesut Özil həm də Alexis ilə olan müqavilələrin uzadılması ilə bağlı danışıqların uğurla davam etdiyini bildirmişdi.

Bu mövsüm Arsenal formasıyla 29 rəsmi matça çıxan Mesut Özil, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.