Astrologiya

Balıqlar bürcü qadını və kişisi

47.5Kviews

Balıqlar 19 Fevral – 20 Mart

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz: Neptun (Xəyalları təmsil edir)
Qrupunuz: Su, mənfi
Cinsiyyəti: Dişi
Bürcünün növü: Canlılıq
İstedadınız: Başqalarına qarşı qayğı, şəfqət
Əməliniz: Əmin-amanlıq
Məqsədiniz: Sərvətə və xoşbəxtliyə çatmaq
Mənfi cəhətiniz: Öz dəyərinizi kiçiltmək
Uğurlu Gününüz: Cümə
Uğurlu daş: Akvamaren
Uğurlu Rənginiz: Dəniz mavi, Türk yaşılı, yaşıl, gümüş rəngi
Uğurlu Çiçəkləriniz: İnci çiçəyi, zanbaq
Uğurlu Qoxular: Albalı çiçəyi, zanbaq, limon çiçəyi
Uğurlu Musiqiniz: Rahatlıq verən yüngül musiqi
Ehtimal olunan xəstəliyiniz:Həzm sistemi, sinir sistemi xəstəlikləri, revmatizm, alkoqolizm
Evlilik üçün uyğun olan bürc: Buğa, Xərçəng və Oğlaq
Müvəffəqiyyətli olacağınız peşələr: Həkimlik, elm, elçilik, dramaturgiya, nəşriyyat, mətbəəçilik, mühasibat, tərcüməçilik, din xadimi, astronomiya, astrologiya, dənizçilik, tacirlik, idxalatçılıq, incəsənətin hər bir növü, idarəçilik, təşkilatçılıq.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Rahatlığına və əmin-amanlığına çox düşkündür. Saysız-hesabsız istəyi və arzusu vardır. Bunları reallıqda əldə edə bilməsə, özünə məxsus xəyal aləmində həyata keçirir. Onsuz da bu aləm o qədər güclüdür ki, tez-tez gerçəklə xəyalı qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri bilməyi, öyrənməyi sevir. Şəxsiyyətinin elastikliyi, asan təsir altında qalması, məqsədlərini qətiyyətlə istəmə xüsusiyyətini də zəiflətmişdir. Balıq obyektiv dünyadan subyektiv dünyaya qaçanda kölgəsiylə qarşılaşır. Zehni xəyallar, çəkmələr seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışlar yaradıcılığa cəlb edilməzsə, gücünü tükədər. Həqiqətlərdən qaçır. Bu qaçışdan bir ilham almaz. Yalnız uyğun gəlmə və hissizləşməkdən ibarətdir. Hər çətinlikdə geri qayıdar. Zövqlərinin içində özünü itirir və pis taleyinin qurbanı olduğu hissi ilə öz vaxtının gələcəyi günü gözləyir.

BALIQ KİŞİ

On iki bürcün ən həssas kişisi Balıq bürcündəndir. Hisslərinin əsiri ola bilən ancaq başını fövqəladə işlədən bir tipdir. Hər şeydən əvvəl iki fikirlidir. Onun qərar verməsi asan deyil. Çox xəyalpərəstdir. Rəngli bir daxili aləmi var. Balıq bürcü kişisinin pul məsələsindəki fikirləri hamıdan fərqli ola bilər. O səxavətli və başqalarını məmnun etməkdən xoşlanan bir tipdir. Bu üzdən israfçıldır. Bu bürcün kişisi yaradıcı gücə malikdir və yaddaşı güclüdür. İradə gücüylə seçdiyi işdə uğura nail olur.

BALIQ QADINI
Bu bürcün qadınlarının çoxu gözəl və cazibəlidir. Həm cüt xarakterli, həm cüt nəsibli həm də çox hisslidir. Ona “tam qadın” da demək olar. Ancaq onu ələ keçirmək asan deyil. Balıq bürcü qadını iş həyatını sevmir və məcbur olmadıqca çalışmaz. Onun idealı ev qadını olmaqdır. Bu qadın müşfiq, mərhəmətli, yaxşı niyyətlidir. Onun üçün elm və mədəniyyət kimi şeylər ikinci planda qalır. O ailəsinə, dostlarına bağlıdır. Amma əsl sevdiyi kişiyə bağlanır və bu kişi onun üçün üstün sayılır. Bu kişi heç vaxt səhv etməz.

YÜKSƏLƏN BÜRCÜNÜZ BALIQ

Əgər Astroloji xəritənizdə Balıq Bürcü yüksəlirsə o zaman emosional və hisli bir insan olub digər insanların da hisslərini sanki bir ekstrasens imiş kimi oxuyan bir nəfərsiniz deməkdir. Özünüzü qorumaq üçün digər insanların sizdən istədikləri davranış istiqamətində hərəkət edərsiniz. Beləliklə, ətrafınıza sanki bir qoruma mexanizmi hörmüş olub gizlənmiş hiss edirsiniz özünüzü. Dünyanın qəddar və zalım həqiqətlərindən qaçmağı üstün edən bir quruluşa sahib olduğunuz üçün bədii və yaradıcı qabiliyyətləriniz ortaya çıxmışdır. Digər insanları hissləriniz yolu ilə asanlıqla ifşa etməyiniz mümkündür. Həmçinin gecə yatıb gördüyünüz yuxular son dərəcə dəqiqdir. Əgər hisslərinizi təqib etsəniz o zaman uğur sizin olacaqdır.

Digər bürclər:

[vc_row]

[vc_column width=”1/3″]qoch

Qoç bürcü

buga

Buğa bürcü

ekizler

Əkizlər bürcü

xerceng

Xərçəng bürcü[/vc_column]

[vc_column width=”1/3″]
shir

Şir bürcü

qizlar

Qız bürcü

terezi

Tərəzi bürcü

eqreb

Əqrəb bürcü[/vc_column]

[vc_column width=”1/3″]
oxatan

Oxatan bürcü

oglaq

Oğlaq bürcü

dolca

Dolça bürcü

baliqlarBalıqlar bürcü[/vc_column][/vc_row]