Gündəm

AZAL Gəncə və Qəbələ reyslərini bərpa edir | Uçuşların qiymətləri və vaxtları

Baki - Gence , Baki - Qebele 2017
762views

“Azərbaycan Hava Yolları” (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05-də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə – saat 12:05-də. Gəncədən uçuş – saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə – saat 14:05-də.

Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə – saat 17:25-də. Qəbələdən uçuş – saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə – saat 19:10-da.

Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyənləşdirilib.