Dünya

Polşalı şəxsi relslərə itələyən İngilisə 10 il həbs | Video

London metrosunda dehshet video
713views

Keçən il İyun ayında, İngiltərənin paytaxtı Londonda Polşalı bir şəxsi metro qatarının gəlişindən saniyələr əvvəl relslər üzərinə itələyən İngiltərəli futbol azarkeşi 10 il həbs cəzasına məhkum edilib.

32 yaşındakı Christopher Cole məhkəmə zamanı, Fransada təşkil edilən 2016 Futbol üzrə Avropa Çempionatı ərəfəsində Ruslara hirsləndiyini və David Pietraskzek adlı 21 yaşındakı inşaat işçisini Rusiyalı olduğunu düşünərək itələdiyini söyləyib.

Xatırladaq ki, Pietraskzek, Bond Street metro stansiyasında qatarın gəlməsinə 34 saniyə qalmış yıxıldıqdan dərhal sonra platformaya qalxaraq xilas ola bilmişdi. Barmağı qırılan və bədəninin bir çox yerindən zədə alan Pietraskzek’in kauçukdan olan ayaqqabıları sayəsində elektrik cərəyanı keçirmədiyi açıqlanmışdı.

Pietraskzek, relslər üzerindeyken bədənində elektrik cərəyanı hiss etdiyini, ancaq qatarın gəldiyini görərək canını xilas edə bilmək üçün platformaya qalxdığını söyləmişdi.

Hadisənin şahidləri, Polşalı şəxsin hadisədən qısa müddət əvvəl, içkili olan və stansiyada sərnişinləri narahat edən Cole’a müdaxilə etdiyini bildirmişdi.

https://www.youtube.com/watch?v=a_doErLfISM