Sağlamlıq

Autizm müalicəsində mühüm kəşf edilib

879views

Elm adamlarından autizm müalicəsində mühüm kəşf edilib.

Elm insanları beynin autizm spektr pozğunluğundan (OSB) əziyyət çəkən xüsusi bir hissənin olduğunu kəşf ediblər. Bu kəşfin OSB üçün yeni müalicələr inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğu güman edilir.

İsveçrədəki Sürix Federal Teknoloj İnstitutundan nevroloq Doktor Coşua Henk Balsters-ın rəhbərlik etdiyi elm adamlarından ibarət bir komanda, autizm üçün daha səmərəli müalicə üsulları inkişaf etdirilməsi istiqamətində, əsəb problemi olmayan könüllüləri ilə OSB xəstələrinin beyinləri üzərindəki MRI testlərin nəticəsində, iki qrupun beyinlərində xüsusi bir bölmənin aksiyalarında fərqlilik kəşf ediblər.

Fransa mərkəzli Brain (Beyin) jurnalında nəşr olunan araşdırmaya görə, beynin ön singulat korteksindəki qıvrımları emosional zəka və sosial qavramaya təsir edərək sosial qarşılıqlı təsir üzərində böyük rol oynayır. Gözlənilməz bir vəziyyətlə qarşılaşdıqda bu hissədəki beyin qıvrımları beynin geri qalanına “sosial proqnoz xətası” deyilən bir siqnal göndərir. Başqalarının gözləntilərini və fikirlərini anlamaqda çətinlik çəkən OSB xəstələrində isə əsas insan qarşılıqlı təsiri üçün vacib olan bu vəziyyətin çatışmazlığı görünür. Yəni OSB xəstələri beyin buruqlarının “sosial proqnoz xətası” siqnalını vermədiyindən, başqalarının təəccüblərini və ya hazırlıqsız yaxalanması kimi vəziyyətləri dərk edə bilmirlər.

Balsters, “OSB narahatlığı olan adamlar başqalarının gözləntilərini anlamadıqları kimi, beyinlərində digər insanlarda qəribə bir vəziyyət meydana gələndə adi bir reaksiya vermə çatışmazlığı var. Apardığımız kəşfiyyat bizi həyəcanlandırdı. Çünki bu kəşf, yeni müalicə və dərman müalicələri üçün yeni bir sahə açdı” ifadələrini istifadə edib. Elm insanlarının qarşı singulat korteks-in uzun zamandır OSB probleminin səbəbləri arasında görüldüyünü, ancaq bu kəşfin bu istiqamətdəki ilk klinika sübut olduğunu da vurğulayıb.