Dünya

Elm adamları “İsa Peyğəmbərin məzarını” açırlar

854views

Elm adamları, Xristiyanların peyğəmbəri İsa‘nın çarmıxa çəkilməsinin ardından dəfn edildiyinə inanılan sarkoqafın ([yun. sarkophaqos] Qədim xalqlarda daş tabut; sonralar – məqbərə.) ətrafındakı mərmər örtünü 60 saatlıq çalışmadan sonra qaldıra biliblər. Qüdsdəki Köhnə Şəhər hissəsində yerləşən Müqəddəs Məqbərə Kilsəsindəki məzarda Afina Milli Texniki Universitetindən bir qrup şəxs işlərə başlayıblar.

1025591383

Müqəddəs Məqbərə Kilsəsində aparılan işlər orijinal qaya oyması ilə olduğu üçün məzarın əl dəyilməmiş vəziyyətdə olduğu bildirilərkən, sarkofaqun əsrlərdir möhürlü olduğu ifadə edilib. Araşdırmaları lentə alan National Geographic, qəbirdə aparılan tədqiqatda tətbiq edilən testlərlə İsanın tam olaraq harada və nə şəkildə dəfn edildiyinin öyrənilə bilinəcəyini qeyd edib.
National Geographic’ə məlumat verən arxeoloq Dan Bahar, “Müqəddəs Məzar Kilsəsinin, İsanın basdırıldığı yer olduğu mövzusunda qəti şəkildə əmin deyilik amma başqa bir yerdə basdırılmış olduğuna dair bu qədər güclü başqa iddia da yoxdur və buranın etibarlılığını rədd etməyimizi tələb edən bir sübut da həmçinin yoxdur” deyib.

1025591496