Kosmos

Astronomlar qalaktikada oksigenin miqdarını ölçüblər

743views

Astronomlar ilk dəfə qədim qalaktikada oksigenin miqdarını ölçüblər.

Kaliforniyanın bir neçə universitetinin mütəxəssisləri bunu Havay adalarında yerləşən Keck teleskopu vasitəsilə həyata keçiriblər. Onlar COSMOS-1908 adlı qalaktikanı müşahidə ediblər ki, bu qalaktikanın işığı Yer kürəsinə 12 milyard ilə çatır. Tədqiqatçılara görə, bu, oksigen miqdarının ölçülməsi mümkün olan ən uzaq qalaktikadır. Alimlər bunu Keck I teleskopunda quraşdırılan həssas infroqırmızı MOSFIRE spektrının köməyi ilə əldə etdiklərini bildiriblər. Aparılan tədqiqatlar nəticəsində COSMOS-1908-də oksigenin günəşdən 20 faiz çox olduğu müəyyən edilib.