
Apple’ın xəzinəsindəski pullar 237.6 milyard dollara çataraq yeni rekord qırıb. Bəs yaxşı bu pullar ilə nə etmək olar biraz araşdıraq.
Texnologiya sahəsinin ən böyüyü Apple’ın xəzinəsindəki pul, dördüncü maliyə rübündə 237.6 milyard dollara çatıb. Bundan öncəki rübə görə isə artım 6.1 milyard dollardır.
Apple’ın xəzinəsində olan maliyə 2 il öncə 155 milyard dollar təşkil edirdi. Bu da onu göstərir ki, artma 53 %-dən çoxdur.
Bəs yaxşı bu pullar ilə dünyada nələri almaq olar və ya nə etmək olar? Bu maraqlı fikrə bir nəzər salaq.
Apple xəzinəsində olan bu pulnan 186 milyon unsiya dəyərində qızıl ala bilər. Bununla da qızıl ehtiyatına sahib 20-ci ölkə ünvanına sahib ola bilər.
Xəzinəsində olan 237.6 milyard dollar ilə Apple, Portuqliya, Çexiya və Yunanıstan kimi Avropa ölkələri iqtisadiyyatının sahib olduğu büdcədən daha böyük büdcəyə sahibdir.
Xorvatiyanın iqtisadiyyatı 50 milyard dollar dəyərindədir. Apple, bu ölkədən 5 qat daha varlıdır.
ABŞ’ın ən varlı 3 insanının toplam sərvəti Apple’ın sahib olduğu sərvətə çata bilmir. Bill Gates, Jeff Bezos və Warren Buffet’in toplam sərvəti 213.5 milyard dollara bərabərdir.
Apple sahib olduğu bu pullar ilə ABŞ’da yaşayan hər bir insana 742 dollar verə bilər.
Şirkət xəzinəsindəki bu pullar ilə iki ədəd Mc Donalds satın ala bilər. Mc Donalds’ın bazar dəyəri 96 milyard dollara bərabərdir.
ABŞ’ın avtomobil şirkəti Ford’un bazar dəyəri isə 47.7 milyard dollar təşkil edir. Bu Apple’ın sahib olduğu sərvətdən 5 dəfə azdır.