Apple və Nike-n birgə işi olan saatlar haqda sentyabr ayında xəbərlər yayılmağa balamışdı, lakin saatların satışa çıxarılma tarixi məlum deyildi.
Apple Watch Nike+ saatları oktyabr ayının 28-i satışa buraxılacaq. Saatlar qaçışla məşğul olan, peşəkar idmançılar və həvəskarlar üçün nəzərdə tutlmuşdur. Bu saatlara idmançılar üçün Nike+ Run Club tətbiqi ilə təchiz olunub.
Eksklüziv Nike ekranı və fluoroelastomerdən hazırlanmış Nike kəməri saata xüsusi görüntü verir.
Saatın parlaq ekranında parametrlərə hətta günəş şüaları altında belə nəzarət edə bilərsiniz. Bundn eəlavə yeni “gadget” suya davamlıdır: saat 50 metrə qədər dərinlikdə çalışır.
Qara, açıq yaşıl və gümüşə rənglərdə dizayn edilmiş saatlar istifadəçilərin seçim etməsi üçün 4 fərqli variantda təqdim edilir.