Uşağa, onun psixikasına zərər vurmadan Şaxta Babanın olmadığını necə demək olar və ümumiyyətlə bunu etmək lazımdırmı? Axı belə bir fikir var ki, sehrli personajlar barədə hekayələr uşağın təsəvvürünü genişləndirir və ona yaxşı təsir edir. Məsələn, o, Şaxta babadan hədiyyə almaq üçün dərslərini daha yaxşı oxuyur, valideynlərinin sözünə əməl edir.

yaaz.az şaxta baba və uşaqlar

Əslində, biz uşaqlarımızı “doğrunu de” və ya əksinə “uşağı həqiqətlə məyus etmək olmaz” məsləhəti verənlərdən daha yaxşı tanıyırıq. Hər şey kontekstdən asılıdır. İlk növbədə bizim nə dediyimiz deyil, bizim nədən çıxış edərək bu sirri açmağı və ya onu saxlamağa davam etməyimiz vacibdir. İlk olaraq düşünməliyik ki, uşağa həqiqəti nə üçün demək lazımdır və ya sehrbaz obrazını hansı məqsədlə qorumaq istəyirik. Burada birmənalı məsləhətlər yoxdur, çünki hətta 3 yaşında belə çox praqmatik və texnokratik uşaqlar var. Əksər hallarda bu ikinci və daha sonra doğulan uşaqlardır, onları sehrli reallığa inandırmaq çətindir və onlar nağılları sevmirlər. Uşaqlar da var ki, sehrbazlar, elflər, pərilər, cəngavərlər və su pərilərindən ibarət mifik dünyalarını 12-13 yaşlarına qədər qoruyub saxlayırlar. Əlbəttə ki, hər bir konkret halda valideyn öz uşağının fərdiliyi və şəxsiyyətinə uyğun şəkildə davranmalıdır.

yaaz.az şaxta baba ve uşaqlar

Səbinə Abdullayevanın sözlərinə görə, uşaqda bu möcüzəyə inamı qoruyub saxlamaq hər bir valideynin özündən asılıdır. “Məsələn, mən 35 yaşımda möcüzələrə inanıram, ancaq uşaqlıqda “sehrbazlara inam” ətrafında elə də ciddi şeylər baş verməyib. Sadəcə nağılları oxumaq mənim həyatımın vacib hissəsi idi, yaxşı kitabları isə zamanında kitab rəflərindən tapa bildim. Əgər siz “aldanmağa razı olan” uşağın anasısınızsa, mütləq inam işığını qorumağa çalışın, özü də təkcə bayramda yox, mümkün olduğu qədər qalan günlərdə də bu inama dəstək olun” – deyə, psixoloq əlavə edir.

yaaz.az şaxta baba ve uşaqlar

Uşaq Şaxta Babaya məktub və hədiyyə siyahısına inandığı müddətcə ona mane olmaq lazım deyil, sadəcə kömək etmək lazımdır. Onu böyüdüyü anı siz hiss edəcəksiniz və böyük ehtimalla Şaxta Baba və digər şeylər barədə o, sizdən öyrənməyəcək, çünki uşaq həm də sosial təsir subyektidir. Bu isə o deməkdir ki, hər nəsildə möcüzəvi qəhrəmanlar var, onlar dəyişir və məhz sosial əhatədə uşaq bu trendləri “tutur”, bölüşdürür və onlara əməl edir. Məhz dostları ilə 5-6 yaşından başlayaraq, yeni sehrli dünyalar araşdırılır və kəşf edilir.

yaaz.az şaxta baba ve uşaqlar

Əgər 7 yaşında uşaq hələ də nağıl reallığa tələbat hiss edirsə, yeniyetməlik öncəsi dövr üçün 10-12 yaşlarında uşaqlar başqa çoxlu qarışıq hislər hiss etməyə başlayır, ilk baxışda bu hislər hətta neqativ də ola bilər. Buna görə də davranışlarda bir-birimizə böyük cəsarət və ideal, hər şeyə nəzarət edən valideyn olmamaq imkanları arzu edək. Şaxta Babadan bizim uşaqlarla münasibətimizə də bu sehrdən və nağıl dünyasından bir şeylər əlavə etməyi xahiş edək, xüsusilə də valideynliyin dünyada ən böyük möcüzələrdən biri olduğuna fikir vermədiyimiz anlarda. Elə deyilmi?!