Boşanma qərarı alan Angelina Jolie və Brad Pitt, uşaqların vəlayəti mövzusunda müvəqqəti razılığa gəliblər
Daily Mail’in məlumatına əsasən, Angelina Jolie altı övladının vəlayətini aldığını açıqlayıb.
Uşaqlara fiziki güc tətbiq etdiyi iddia olunan Brad Pitt isə, terapevt nəzarəti ilə övladlarını ziyarət edə biləcək. Ancaq bunun Pitt üçün məcburi olmadığı da bildirilib.
Mövzu ilə bağlı Brad Pitt tərəfindən hələ kiı bir açıqlama verilməyib.
Qeyd edək ki, cütlüyün məhkəməyə getmək və bu şəkildə daha aydın məsələni çözmək seçimi var idi. Ancaq aktyorlar daha sakit və uşaqların xeyrinə ola biləcək bir razılığa gəliblər.
Beləliklə də altı uşağın vəlayətinin 41 yaşındakı aktrisaya verilməsinin və müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində Brad Pitt tərəfindən ziyarət olunmasınn razılığına gəlinib.