Memarlıqda ekologiya anlayışın müasir dizayna əks olunması gün keçdikcə daha diqqət çəkən olur.
Göydələnlər üçün də yeni bir yaşıllıq gətirən hərəkət, ilk olaraq davamlı tikililər çərçivəsində, İtalyan memar Stefano Boeri-nin Bosco Verticale (Şaquli Meşə) adlı layihəsi ilə qarşımıza çıxmışdı. Hamımız göydələnlərin şüşəli, bol metallı və məsafəli soyuq beton görüntüsünə tanışıq. Bu görüntülər, başda Şaquli Meşə olmaqla, davamlı formalar çərçivəsində hazırlanan və inşa edilən layihələrlə dəyişməyə başladı. Dünya şəhərlərinin çirkli boz görünüşünü bir az olsun rəngləndirən bu hərəkətdən diqqətimizi çəkən layihələrlə aşağıda tanış ola bilərsiniz.
Sinqapur
Sinqapurdakı bu otel sürətlə bitki ilə hörülür.
Vyetnam
Vyetnamdakı bu otelin bitki örtüyü təcrübə prosesini başa çatdırmışdır.
Sinqapur
Sinqapurdakı dünya şöhrətli otel, bu tip binaların ən populyar nümunələrindən biridir.
Kipr
Fransız bir memarlıq şirkətinin layihəsi olan bina, dörd bir yanında daşıdığı bitkilər və ağ rəngi ilə diqqət çəkir.
Paris
Parisdə inşa edilən bu bina, bitkilərin tamamilə böyüməsi ilə yam-yaşıl bir görüntü qazanacaq.
Milan
İtalyan memar Stefano Boeri nin aparıcı layihəsi olan Şaquli Meşədən ən son görüntü.
Bakı
İtalyan dizayner tərəfindən hazırlanmış BayılBay adlanan bina şəhərin mərkəzində yerləşir, tikintisi bitdikdən sonra şəhərin ən gözəl binaları arasında yer alacağı şübhəsizdir.