FutbolMaraqlıMəşhurlar

Messi əfqanıstanlı oğlanla görüşdü (Foto)

Murtaza Ahmadi
857views

Lionel Messi-nin məşhur 10 nömrəli köynəyini evdə düzəldib geyinən əfqanıstanlı balaca oğlan, internetdə geniş əks-səda yaratmışdı və o, nəhayət ki, qəhrəmanı ilə görüşüb.

Altı yaşlı Murtaza Ahmadi-nin mavi zolaqlı plastik torbadan hazırlanmış köynəklə şəkili, yanvar ayında internetdə yayılıb və bir müddət sonra, Barcelona futbol klubunun hücumçusu ona imzalı köynək göndərib.

Qatar Dünya Kuboku təşkilat komitəsinə əsasən, onlar Dohada görüşüblər.

Yaaz.az Messi  and Murtaza Ahmadi
Messi və Murtaza Ahmadi Dohada

Barcelona, Qatarda Al Ahli komandası ilə yoldaşlıq görüşü keçirəcək.

“Dünyanın görmək istədiyi şəkil,” Ali Komitə, çərşənbə axşamı günü Twitter hesabında paylaşıb. “Altı yaşlı oğlanın qəhrəmanı Messi-ni görmək arzusu, nəhayət ki, yerinə yetdi.”

Əfqanıstanın şərq vilayəti Qazninin Caqori şəhərində yaşayan Ahmadi, may ayında ölkəsindən Pakistana köçməyə məcbur edilib.

Messi ilə şəkildəki oğlanın Murtaza olması, Avstraliyada yaşayan əmisi Azim Ahmadi tərəfindən təsdiq olunub.