Hər birimiz uşaqlıq adlanan bir aləmin kecmiş sakinləriyik.
Hərənin öz nağıl dunyası,sevdiyi, özünü bənzətdiyi,xəyallarında canlandırdığı bir obraz hökmən var ki, indidə o personajları sevərək xatırlayırıq.
İlk tanıdığımız, nağıl qəhrəmanları şübhəsizki,anamızın dilimiz söz tutmayan vaxtlar bizə oxuduğu kitablardaki personajlardır.
Cizgi filmlərindən kəlmələri,hətta musiqisini belə hardasa təsadüfən eşitsək bir doğmalıq hiss edirik.
Hamımızın tanıdığımız Çeburaşka,Vinni Puh,Leopold,Karlson,Buratino,Aybolit hər bir yeni dövrün sevilən obrazları olaraq qalır.
Şübhəsizki,müasir zəmanənin cizgi filmləri də uşaqların yaddaşında müəyyən izlər qoymağı bacarır.
Məsələn Pixar’ın qısametrajlı filmleri böyüyü də, kiçiyidə özunə cəlb etməyi bacarır- bu silsilədən olan beş dəqiqəlik animasiyalar ibrətamiz düşündürücü finalı ile bütün dünyada məşhurdur.
İlk cizgi personajı – Gerti adlanan dinozavr Amerikada Uinzor Makke tərəfinnən 1914 cu ildə yaradılıb.Bu qısametrajlı eyni adli cizgi filmi dunyanın 50 ən yaxşı animasiyası siyahısında 6 ci yerdədir.
Hər ölkənin özünün reytinqlərində birinci yerləri tutan cizgi filmləri var,məsələn, Hollywood Mikki Mausu bütün dünyaya 1928ci ildən tanıdıb və sevdirə bilib.
Araşdırlmalara görə,ən çox sərmayə qoyulan cizgi filmləri – Disney Şəhzadələri silsiləsinə aid Ariel,Yatmış Gözəl,Ağcaqız,Rapuncel qızların ən sevdiyi qəhrəmanlardır.
Oğlanların sevimli personajları isə Nindza Tisbağaları,Maşınlar,Kenqurulardır.
90-ci illərdən meşhurlaşan Süngər Bob-SPONGE BOB,səmimiyyəti,dostu darda qoymamağı balacalara təlqin edir.
Nəinki uşaqların,böyüklərin belə maraqla izlədiyi “Şrek” animasiya filminin dalbadal bir neçə bölümünün çəkilməsinə baxmayaraq,növbəti seriyaları da hər kəs səbirsizliklə gözləyir.
Dünyanın 120 ölkesində tanınan ən uzun müddətli cizgi filmi – 28 fəsildən ibarət Simpsonlar ailesi XX əsrin ən yaxşı televiziya layihəsi kimi tarixə düşüb.
Və nəhayət öz milli nağillarımızın qəhrəmanı hər birimizin sevimlisi CIRTDAN. Bu dostcanlı qəhrəman vərəqlədiyimiz nağıl kitablarımızda bizə qorxmaz,şücaətli olmağı,doğmaları xilas etmək üçün bütün çətinlikləri gözə alıb sinə gərməyi örgədən ilk personajdır.
Uşaqların təlim tərbiyəsində nağılların rolu böyükdür- en güclü alətdir. Körpələrin şəxsiyyət kimi formalaşmasının vacib mərhələsi 7 yaşa qədərdir-bu müddətdə onların qavrayışının,nitqinin inkişafına cizgi filmləri də müsbət təsir göstərir.
Buna görə də,animasiya seçiminə valideynlər xüsusi diqqət yetirməlidirlər.
Bununla belə, uşaqlara cizgi filmlərini gün ərzində saat yarımdan çox izləmək məsləhət görülmür.