Sağlamlıq

3 min insan əməliyyat gözləyir ancaq Azərbaycana gətirilməsi qadağandır

Gözün buynuz qişası toxumaları haqqinda
707views

“Gözün buynuz qişası toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik”.

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

E.Qasımov bildirib ki, hazırda gözündə problem olan 2987 xəstə əməliyyat növbəsinə dayanıb: “Onların vaxtı gedir, əməliyyat olunmalıdırlar, çünki onlar vaxtında əməliyyat olunmasalar, görmə qabiliyyətlərini itiriə bilərlər”.

Mərkəz direktoru vurğulayıb ki, gözün buynuz qişasının Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması xəstələrin vaxtında əməliyyat olunaraq sağalmasına imkan verə bilər:

“Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər, həkim nəzarətində olmalıdırlar. Ona görə də xəstələr ölkəyə qayıtdıqdan sonra problemlər yaranır”.

yaaz.az Gözün buynuz qişası toxumaları haqqinda
Cornea- Gözün buynuz qişası toxuması

O bildirib ki, Azərbaycanda bu əməliyyatlar pulsuz həyata keçirilir.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Azərbaycanda da buynuz qişa toxumasının dünyasının dəyişən şəxslərdən də götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir:

“Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra funksiyasını itirir”.

Komitə sədri Əhliman Əmiraslanov da məsələnin vacibliyini qeyd edib və bildirib ki, bu məhdudiyyət aradan qaldırılmalıdır.