Şəbəkə

Youtubeda 1 gündə izlənilən video saatı, 100 min ilə bərabərdir

907views

Dünyanın ən populyar video platforma saytı Youtube, istifadəçilərinin hər gün orta hesabla 1 milyard saat müddətli video izlədiyini açıqlayıb.

Buna görə, Youtube-də bir gündə izlənən videolar bütövlükdə 100 min ilə bərabər gəlir.

Youtube verdiyi açıqlamaya görə, dünya miqyasında Youtube istifadəçiləri internet sayt və mobil tətbiqi vasitəsilə gündə 1 milyard saat video izlənilir.

Google-ın 2006-cı ildə satın alaraq inkişaf etdirdiyi video platforması, 10 ildə böyük mərhələ qeyd edib. Youtube rəsmilərinə görə, 2012-də istifadəçilərin gündəlik video izləmə müddəti 100 milyon saat idi. Bu, video izlənmə müddətinin 4 ildə 10 dəfə artdığı mənasına gəlir.

Youtube mühəndislərindən Cristos Goodrow bu müddətin nə qədər uzun olduğunu xarakterizə edərkən, “Əgər Youtube açıb 1 milyard saat video izləmək istəsəydiniz, müddəti başa vurmağınız 100 min il alardı” – deyib. Goodrow açıqlamasında “100 min il əvvəl əcdadlarımız daş alətlər hazırlayırdılar. Afrikadan çıxıb, mamont, mastodonların gəzdiyi yer üzünün müxtəlif yerlərinə doğru səyahət edirdilər” ifadələrini bildirib.
Mütəxəssislər, Youtubenin bu rekordunun eyni zamanda istehlakçı vərdişlərinin televiziyalardan rəqəmsal kanallara doğru yönələn prosesindəki sürətli dəyişikliyi ilə də nümayiş etdirdiyini bildiriblər.