Kino

Recep İvedik 5-də azərbaycanlı idmançı ilə olan hissə ləğv edildi

842views

Recep İvedik 5 filmi təqdimata hazırlaşır.

Ötən gün xəbər verdiyimiz kimi Recep İvedik seriyasının növbəti, 5-ci hissəsinin ilk fraqmenti təqdim edilmişdi.

Fraqmentdə azərbaycanlı idmançı ilə yarışan Recep İvedik səhnəsi də yer almışdı. Bu hissə yerli izləyici və internet istifadəçiləri ilə yanaşı türk izləyiciləri tərəfindən də böyük səs-soraq yaratmışdı.

Hadisələrin böyüdüyünü görən Recep İvedik filmindən Şahan Gökbakar, açıqlama vermiş və filmin bu hissəsində yer alan hadisələri tam olaraq təqdim etmişdi.

Lakin bu gün filmdən həmin hissənin çıxarıldığı məlumatlarını verən Şahan Gökbakar, instagram hesabından aşağıdakı paylaşımı etmişdir.

👑❤😂

Видео опубликовано Şahan Gökbakar (@sahangokbakar)