Maraqlı

2749-cu ilə getdiyini söyləyən elm adamının dəhşətli proqnozları: ABŞ dağılacaq, şəhərlər məhv olacaq

527views

2137 – 2749 illəri arasında 2 il zaman yolculuğu etdiyini deyən fizikin dəhşətli iddiaları.

The Montauk Təcrübələri zamanı saxlanılan və bir çox zaman yolculuğu təcrübəsində olduğunu iddia edən Al Bielek, son yer aldığı Filadelfiya Eksperimenti haqqında maraqlı açıqlamalar verib.
28 Oktyabr 1943 tarixində USS Eldridge gəmisində keçirildiyi irəli sürülən təcrübə əsnasında baş verən hadisələr zənciri və 2749-cu ilə qədər getdiyini irəli sürən Al Bielekin açıqlamaları bu şəkildədir:

1. Rəvayətə görə, 120 tonluq nəhəng gəmi yalnız bir neçə dəqiqə içərisində 600 km-dən artıq məsafə gedib geri gəlmişdi.

USS Eldridge 2749 year

2. Eynşteynin Birləşmiş Sahə Nəzəriyyəsinə əsaslandırılan bu təcrübədə, çox güclü elektromaqnit sahə yaradılaraq gəmi ilə gələn radar siqnalların bükülməsi və optik məxfiliyin təmin edilməsi qarşıya qoyulmuşdu.

USS Eldridge 2749 year
3. Lakin gözlənilən olmadı və məxfilik yerinə molekulyar transportasiya, yəni işıqlanma baş verdi.

USS Eldridge 2749 year

4. Karlos Migel Allen o anları bu cümlələrlə danışır;
USS Eldridge 2749 year
Bir an yalnız gəminin lövbərini gördüm, sonra o da itdi, ortada artıq nə duman, nə USS Eldridge vardı; Bomboş dənizə baxırdıq, bizim gəmidə olan yüksək rütbəli zabitlər və elm adamları qorxu, dəhşət və həyəcan içində nəfəslərini tutaraq bu inanılmaz uğurlarını seyr edirdilər. Gəmi və ekipaj həm radardan həm də gözlərimizin önündən yox olmuşdu. Hər şey planlaşdırıldığı kimi yeriyirdi, 15 dəqiqə sonra əmr verildi və generatorların şalteri bağlanıldı. Əvvəl heç bir şey olmadı, arxasından yaşıl duman təkrar ortaya çıxdı və USS Eldridge yenidən görünməyə və ortaya çıxmağa başladı, amma gəmi hara getmiş və haradan gəlirdi? Duman azalarkən, bir şeylərin qəribə getdiyini hiss edirdik. Dərhal gəmiyə yanaşdıq, ilk əvvəl ekipajın çoxunun gəminin yanından sallanıb getdiklərini gördük, digərləri isə gəminin göyərtəsində təəccüblə fırlanırdılar, sanki heç birinin şüuru yerində deyildi. Səlahiyyətli komandalar gəmiyə daxil olaraq bütün ekipajı qısa müddət içərisində uzaqlaşdırdılar və yerlərini hazır gözlədilən yeni bir ekipaj aldı. Bir iki gün sonra, yeni bir təcrübəyə daha qərar verildi. Gəmi istənilən radar məxfiliyinə çatmışdı, avadanlıq dəyişdirilib və 28 Oktyabr 1943’də təcrübə yenə eyni gəmidə təkrarlandı. Generatorlar işə başladıqdan dərhal sonra Destroyer demək olar ki, məxfilik kursuna çatmışdı, sadəcə burnu və arxası görünürdü, arada isə bəzi cizgilər müəyyən güclə seçilirdi. Sonra yalnız su üzərində gəmi boyunda bir zolaq qaldı. Bir iki dəqiqə sonra mavi bir işıq parladı və o xətt də yox oldu. İndi gəmi tamamilə yox olmuşdu. Bir neçə dəqiqə sonra millərlə uzaqda Norfolk ortaya çıxdı. Görünəndən bir az sonra bilinməyən bir səbəblə yenə itdi və Filadelfiyada təkrar ortaya çıxdı. Bu dəfə vəziyyət çox ciddiydi, bütün ekipajın başı bəlada idi. Bəziləri yox oldu və bir daha geri qayıtmadılar. Bu hadisənin ən dəhşətli hissəsi isə beş dənizçinin gəminin əriyən və sonra yenə qatılaşan metal lövhələrinin içində qalmaları idi. Bu çox dəhşətli bir vəziyyət idi. Dənizçilərin biri xilas oldu lakin bir daha əvvəlki halına qayıda bilmədi. Ağlını tamam itirmişdi, amma edəcək heç bir şey yox idi. Bəzilərinin bir çox qabiliyyətləri inkişaf etmişdi, küçədə gedərkən itən və yenə ortaya çıxan insanlar vardı. Maqnetik sahənin içində qalan ekipajdan itkin düşənlər ancaq birinin üzünə və əlinə toxunulması ilə görünər hala gəlirdilər, yəni geyimin olmadığı bir yerə aparılması lazım idi. “Donma” adı verilən bu hadisə saatlarla, günlərlə davam edirdi, hətta bir tayfa tam altı ay donandan sonra qurtarıla bilindi. Elektron kamuflyaj başladıqdan sonra gəmin və ekipaj tamamilə qeyb oldu, çok uzaq bir yerdə ortaya çıxdı və sonra yenidən geri qayıtmasına səbəb olan nə idi?

5. Bu hekayəyə görə; USS Eldridge gəmisi, 28 Oktyabr 1943 səhəri Philedalphia Limanından 640 km. uzaqdakı Norfolk Hərbi Dəniz Bazasına gedib geri gəldi və bu hadisə yalnız bir neçə dəqiqə içərisində baş verdi.
USS Eldridge 2749 year
6. O tarixdən 1990-cı ilə qədər sakitliyini qoruyan bu hadisə haqda səssizliyini pozan və ortalığı qarışdıran son adam Alfred Bielek oldu.
USS Eldridge 2749 year
7. Bielek, təcrübə zamanı gəmidən atladığını və 2 il ərzində qardaşıyla birlikdə zamanda səyahət etdiyini irəli sürdü.
USS Eldridge 2749 year
8. Bielek, təcrübə zamanı məruz qaldığı ifrat radiasiya səbəbiylə gələcəkdə bir dövrdə qardaşıyla birlikdə bir xəstəxanada 6 həftə müalicə gördüyünü də iddia edib.
USS Eldridge 2749 year
9. Özünə görə gələcəkdən xəbər verən Bielek, tibbin titrəmə və işıq əsaslı olduğunu anlatmışdı.
USS Eldridge 2749 year
10. 2025-ci ildən etibarən dünyanın coğrafik quruluşunun da ciddi şəkildə dəyişəcəyini irəli sürən Bielek, xüsusilə ABŞ və Avropa sahillərinin fərqlənəcəyini iddia edib.
USS Eldridge 2749 year
11. Bielekin ən böyük iddiası isə ABŞ və Kanada hökumətlərinin gələcəkdə tamamilə dağıldığı istiqamətindədir.
USS Eldridge 2749 year922canadausinvestmentadvisor
12. Dünyanın maqnit qütblərinin dəyişdiyini də qeyd edən Bielek, dünya əhalisinin isə sayının 300 milyona qədər düşəcəyini də bildirib.
443aacbbworld_population_growth_rate_19502050
13. Uçan şəhərlər, Çin – Rusiya müharibəsi və üzən kristal quruluş sayəsində dövlətsiz bir nizam olduğunu bildirib.
USS Eldridge 2749 year
14. Bonus: Rejissorluğunu Stewart Rafill’in etdiyi Filadelfiya Experiment adlı 1984 istehsallı film bu hadisələrdən bəhs edir.

USS Eldridge 2749 year