Maraqlı

Yeni il hədiyyə seçimi | Uşaqlara hədiyyə alarkən nəyə diqqət edilməlidir?

Bəs uşaqlara hədiyyə alarkən nələrə diqqət edilməlidir?
929views

Yeni ildə ən çox həyəcanlanan şübhəsiz ki, uşaqlardır.

Şaxta babanın hədiyyə gətirəcəyinə inanan, günlərlə yeni il ağacının altındakı qutulara baxan və o gecənin ən çox əylənənləri uşaqlardır.

Bəs uşaqlara hədiyyə alarkən nələrə diqqət edilməlidir?

Uşağınızı dinləyin
Ümumiyyətlə, uşaqların istəyi bitib – tükənməyəndir. Ancaq yeni ildə uşağınızı xoşbəxt etmək üçün bir neçə gün əvvəldən uşağınızı daha diqqətli dinləməyə, hətta nə istədiyini soruşmağa başlaya bilərsiniz. Unutmayın onu ən xoşbəxt edəcək hədiyyə, ən çox istədiyi hədiyyə olacaq.

Trendleri izləyin
Trendlər yalnız moda, ya da gözəllik mövzularında deyil, uşaqların oyuncaq və xəyal dünyalarında da davamlı dəyişər. Məsələn son zamanlarda hansı tip xarakterlər, uşağınız özünü hansı tərzdə oyuncaqlara daha yaxın hiss etdiyi, yoldaşlarıyla oyun oynayarkən ən çox hansı rolda iştirak etməsidir. Bütün bu məlumatlar uşağınıza daha aktual bir hədiyyə almağınıza köməkçi olacaq.

Yoldaşlarıyla danışın
Bəzi uşaqlar utancaq bir xarakterə malikdir və çox vaxt nə istədiyini söyləməkdən çəkinirlər. Belə vəziyyətlərdə bir şey istəmir deyə düşünərək ağılınıza gələn hər hansı bir hədiyyəni almaqdan çəkinin. Uşağınızı daha diqqətli müşahidə edərək nələrə baxdığına diqqət yetirin. Yenə də nə istədiyini anlayan yoldaşları ilə məsləhətləşin. Uşaqlar öz aralarında hər şeyi açıq danışarlar və gerisini düşünməzlər.

Seçimi ona buraxın
Uşağınızın uzun zamandır istədiyi bir şey yoxdursa onu da yanınıza götürüb, oyuncaq, kitab və ya paltar mağazasına aparın və yalnız tək bir əşyanı ala biləcəyinizi xatırladın. Əvvəl hər şeydən almaq istəyib əlində 3-4 əşyayla gəlsə də hamısını götürə bilməyəcəyinizi və birini seçməsi lazım olduğunu söyləyin. Əgər əlində başqa bir oyuncaq qaldısa o oyuncağı daha sonra atasına, ya da bir başqa qohuma aldırın və yeni il gecəsi tamamilə təsadüfmüş kimi davranın. Beləliklə həmin oyuncağa da qovuşmuş olacaq.