Futbol

Thierry Henry: “Həftədə 400 min istəyirlərsə hər matç gərək ‘hat-trick’ etsinlər”

yaaz.az Thierry Henry müsahibe
704views

Arsenal əfsanəsi Thierry Henry, klubla olan müqavilələrini uzatmaq üçün yüksək qiymətlər tələb edən Alexis Sanzhez və Mesut Özil barədə açıqlamala r edib.

Thierry Henry, hər iki oyunçunu da hədəf alaraq, “Həftədə 400 min sterlinq qazanmaq istəyirlərsə hər matçda gərək hat-trick etsinlər” deyib.

Henry, İngilis Sky Sports televiziya kanalına verdiyi müsahibədə, köhnə komandası Arsenal’da forma geyinən Mesut Özil və Alexis Sanchez ilə həyata keçirilən müqavilə görüşlərinin tezliklə müsbət nəticələnməsinin vacibliyindən danışıb. Henry, “Həftəlik 200 min sterlinq dəyərində maaş təklif edilməsinə baxmayaraq iki futbolçu da daha çox qazanmaq istədiyi üçün müzakirələr donmuş vəziyyətdədir. Hal-hazırda Mesut Özil və Sanchez, klubu girov götürüblər” deyə bildirib.

yaaz.az Thierry Henry müsahibe
Thierry Henry

Arsenal’dakı müqavilələri 2018-ci ildə sona çatacaq hər iki futbolçunun komanda üçün vacib oyunçular olduğunu vurğulayan Henry,”İkisi də mükəmməl oyuçudurlar ancaq həftədə 400 min sterlinq qazanmaq istəyirlərsə gərək hər matçda hat-trick etsinlər. Belə yüksək maaş tələb edə bilmək üçün kluba vacib uğurlar qazandırmalsınız. Ancaq yenə də bu oyunçular Arsenal üçün çox əhəmiyyətlidirlər və mütləq müqavilə yenilənməlidir” deyə söyləyib.

Qeyd edək ki, İspaniya və İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Çin klubları hər iki futbolçunu öz liqalarına transfer etmək üçün onlara və klubuna yüksək məbləğlər ödəməyə hazırdılar.